Toyuğu bişirməzdən əvvəl yumayın. Zəhərlənə bilərsiniz!
Saglamolun saytına istinadən Icma.az xəbər verir.
Çiy toyuğu bişirməzdən əvvəl yumaq qida zəhərlənməsi riskini artırır.
Axar.az xəbər verir ki, bunu türkiyəli həkim, professor Nevzat Artıq deyib. O bildirib ki, toyuq əti qaynadıldığı zaman bütün zərərli orqanizmlər məhv olduğu üçün toyuq ətini yumağa ehtiyac yoxdur:
"Toyuq ətində mikroorqanizm yüksək səviyyədədir. Bu da ətin yuyulması zamanı mikroorqanizmlərin digər qablara və qidalara yoluxması riskini artırır. Toyuq əti çiy halda yuyularsa, mətbəxdə ətin təmas etdiyi hissələr dezinfeksiya edilməlidir. Bundan əlavə, toyuq və toyuq əti məhsulları dondurulmuş vəziyyətdə istehlakçılara çatdırılmalıdır. Toyuq əti mağazadan alındıqdan sonra qısa müddət ərzində bişirilməli və ya buzu açılmadan təkrar soyuducuya qoyulmalıdır".
Professor onu da qeyd edib ki, gündəlik 100 qram toyuq əti yemək insan bədəninin protein ehtiyacının 60-80 faizə qədərini qarşılayır.
Saglamolun.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 15 Noyabr 2024 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















