Trabzonspor İtaliya nəhəngini mübarizədən kənarlaşdırdı
Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Gənclər Liqasının yarımfinal cütlərindən biri müəyyənləşib.
Fanat.Az xəbər verir ki, 19 yaşadək futbolçulardan ibarət “Trabzonspor” klubu 1/4 final mərhələsində İtaliya “İnter”ini mübarizədən kənarlaşdırıb. Türkiyə təmsilçisi 1:0 hesabı ilə qələbə qazanaraq, yarımfinala yüksəlib. “Trabzonspor” Türkiyə futbol tarixində belə nailiyyət qazanan ilk komanda olub.
Trabzonluların yarımfinaldakı rəqibi “Olimpiakos"u eyni hesabla yenərək mübarizədən kənarlaşdıran “Zalsburq” klubu olacaq.
Digər yarımfinal cütünə sabah - 2 apreldə aydınlıq gələcək. "Alkmaar" "Mançester Siti" ilə, "Ştutqart" isə "Barselona" ilə yarımfinala vəsiqə uğrunda mübarizə aparacaqlar.
Yarımfinal oyunları İsveçrədə baş tutacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 01 Aprel 2025 23:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















