Icma.az
close
up
RU
Trabzonspor yarımfinala yüksəldi, UEFA Gənclər Liqasında azarkeş rekordu qırıldı!

Trabzonspor yarımfinala yüksəldi, UEFA Gənclər Liqasında azarkeş rekordu qırıldı!

Icma.az, Footbal-plus saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

''Trabzonspor''un U-19 komandası tarix yazmaqda davam edir.

''Football-plus.az'' xəbər verir ki, ötən il çempion olan və bu il Türkiyəni UEFA Gənclər Liqasında təmsil etməyə haqq qazanan ''Trabzonspor'' inanılmaz nəticələr əldə göstərməkdədi.
1/16 finalda evdə ''Yuventus''u 1:0 məğlub edən, 1/8 finalda evdə ''Atalanta''nı əsas vaxtı qolsuz bitən görüşdə penaltilər seriyasında üstələyən Türkiyə təmsilçisi bu dəfə doğma fanatları önündə İtaliyanın növbəti nəhəngi ''İnter'' ilə qarşılaşdı. Əvvəlki mərhələdə ''Bavariya''nı mübarizədən kənarlaşdıran milanlılar bu mövsüm üçün UEFA Gənclər Liqasının əsas favoritlərindən hesab olunurdular.
''Papara Park''da oyunu izləməyə 40368 azarkeş gəldi ki, bu da turnirin yeni rekordu kimi tarixə düşdü. Əvvəlki rekord Rusiyada qeydə alınmışdı. 2017/18-də ''Krasnodar'' - ''Real'' oyununa 32510 azarkeş gəlmişdi.
Bu turnirin 1/4 finalında oynayan ilk Türkiyə təmsilçisi olan qaradənizlilər bununla kifayətlənmədilər. ''İnter''lə görüş gözlənildiyi kimi çox gərgin və çətin keçdi. 39-cu dəqiqədə meydan sahiblərinin qapıçısı Erol Can Çolak Luka Topaloviçin penaltisini ayağı ilə dəf edərək qəhrəmana çevrildi.
Maraqlıdı ki, Erol Can Çolak komandanın 3-cü qapıçısıdı! İki əsas qapıçı - Onuralp Çevikkan və Ahmet Doğan Yıldırım zədəli olduğu üçün bu matçı buraxmalı olmuşdu. Oyunun taleyini həll edən qol isə 77-ci dəqiqədə vuruldu. Cəmi 2 dəqiqə öncə meydana çıxan Əkrəm Tərzi pressinqlə topu rəqibdən oğurladıqdan və bir qədər irəlilədikdən sonra zərbə mövqeyinə çıxdı. Forvard sol ayağı ilə topu qapıçı üçün əlçatmaz nöqtəyə göndərərək yerli fanatları sevincdən dəli olmaq həddinə çatdırdı.
Əvvəlki mərhələlərdə olduğu kimi yenə əla müdafiə olunan və qalan vaxta ''İnter''ə göz açmağa imkan verməyən ''Trabzonspor'' qələbə hesabını qoruyaraq adını ''dördlər finalı''na yazdırdı.
Həm yarimfinallar, həm də final matçı İsveçrənin Nion şəhərində keçiriləcək. Bu gün baş tutan digər 1/4 finalda evdə ''Olimpiakos''lu həmyaşıdlarını 1:0 məğlub edən ''Zaltsburq'' yarımfinalda ''Trabzonspor''un rəqibi oldu. Bu qarşılaşma aprelin 25-də keçiriləcək. 1/4 finalın digər iki oyunu sabah keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Aprel 2025 22:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri