“Trabzonspor”dan Koutinyo həmləsi
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Super Liqada çempionluq mübarizəsini davam etdirən “Trabzonspor” növbəti mövsüm üçün heyəti gücləndirmək planlarına start verib.
Futbolpress.az xəbər verir ki, Qaradəniz təmsilçisi Braziliyanın “Palmeyras” klubunun gənc istedadı Rafael Koutinyonu transfer etmək niyyətindədir.
Məşhur insayder Yağız Sabuncuoğlunun yaydığı məlumata görə, “bordo-mavililər” 20 yaşlı yarımmüdafiəçini heyətə qatmaq üçün rəsmi addımlar atmağa hazırlaşır.
Braziliyanın U-20 milli komandasında da forma geyinən Koutinyo meydandakı universal keyfiyyətləri ilə seçilir. O, həm mərkəz yarımmüdafiəçisi, həm dayaq yarımmüdafiəçisi, həm də “on nömrə” mövqelərində rahatlıqla çıxış edə bilir.
Gənc futbolçu bu mövsüm “Palmeyras” forması ilə çıxdığı 15 matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 10 Aprel 2026 23:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















