Icma.az
close
up
RU
Traktor İran rejiminin quruluşunu alt üst etdi

Traktor İran rejiminin quruluşunu alt üst etdi

Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.

Klubun qazandığı uğur İranda milyonlarla azərbaycanlı türkə ümid, birlik və səs gətirdi.

Gunaz.tv

GünazTV xəbər verir ki, “The Guardian” Traktor klubunun İran Liqasında çempion olması ilə bağlı geniş məqalə hazırlayıb.

“The Guardian” nəşri bildirib ki, Təbriz şəhərinin məşhur klubu olan Traktor 55 illik gözləntidən sonra nəhayət İran Pro Liqasının çempionu olub. Bu nailiyyət yalnız idman baxımından deyil, həm də mədəni və siyasi simvolizm baxımından çox mühümdür. Klubun uğuru, özlərini uzun illərdir mərkəzi hökumətdən və futbol qurumlarından kənarlaşdırılmış hiss edən milyonlarla Azərbaycan türkünü təmsil edir.

Fars mərkəzli siyasət yürüdən İran rejimi tərəfindən uzun illər boyu ayrı-seçkiliyə məruz qalmış öz dilinə, mədəniyyətinə və tarixinə malik olan xalq futbol klubunu dəstəkləyərək qürurunu və kimliyini qorumağa çalışır.

1970-ci ildə dövlətə məxsus Traktor istehsalı müəssisəsi tərəfindən yaradılan klub, zamanla İranın türkdilli əhalisi üçün bir identiklik simvoluna çevrilib. Azarkeşləri yalnız futbol üçün deyil, eyni zamanda mədəni haqlar və kimlik üçün stadiona toplaşırlar. Bəzi oyunlarda siyasi şüarlar səsləndirildiyi üçün İran rejimi ilə klub rəhbərliyi arasında gərginliklər yaşanıb.

Təəccüblü deyil ki, azarkeşlər başqa ölkələrin paytaxtlarının adlarını çəkərək şüarlar səsləndirəndə Tehranın qəzəbi ilə üzləşir. “Təbriz, Bakı, Ankara, bizim yolumuz farsların yolundan başqa yerə aparır”. “Fars körfəzinin” “Ərəb körfəzi” adlandırılmalı olduğunu səsləndirməklə həm də paytaxtdakıları narahat etmək üçün etibarlı bir yoldur. Çünki Donald Tramp və onun administrasiyası buna cəhd edib-etməyəcəklərini hesablayırlar.

Milli komandanı dəstəkləmək üçün toplaşan böyük izdihamdan ehtiyatlanan İran rejimi Traktorun cəlbetmə gücündən ehtiyatlanır. Traktor klubunun bu mövsüm orta hesabla 42.000-dən çox izləyicisi olub. Persepolis və İstiqlal klubları ilə qarşılaşmaq üçün Tehrana səfərlər zamanı minlərlə insan Azadi Stadionunda yığışaraq Traktor klubunu dəstəkləyib.

Traktor İran tarixində bütün liqa titullarının təxminən üçdə ikisinin qalibi olan Persepolis və İstiqlalı qıcıqlandırmaq üçün futbolla bağlı şüarlar səsləndirir. Mayın 2-də Şəms Azarda 4:0 hesablı qələbə qanaraq çempionluğu rəsmiləşdirdi. Təbrizdə və bölgənin digər şəhərlərində azarkeşlər küçələrə çıxaraq çempionluğu qeyd ediblər.

2018-ci ildə klub İranın ən zəngin iş adamı Məhəmmədrza Zunuzinin mülkiyyətinə keçib. Zunuzi kluba böyük investisiyalar yatırıb, tanınmış oyunçular və məşqçilər gətirib. Buna baxmayaraq, ilk illərdə klub uğursuzluq yaşayıb, baş məşqçi dəyişiklikləri nəticə verməyib. Nəhayət, İran millisinin keçmiş məşqçisi Draqan Skociç rəhbərliyə gəldikdən sonra komanda sabitlik tapıb və liqanı zirvədə başa vurub.

Skoçiç İranın əsas qapıçısı Əlirza Beyranvəndlə yanaşı, Mehdi Torabi, Danial Esmaeilifər və Şoca Xəlilzadəni də heyətinə qatıb. Bunlar son onilliyin böyük adları olmasa da onlar təcrübəli və gələcəyi parlaq oyunçular kimi görünürdü.

Traktor indi Asiya Çempionlar Liqasının elit mərhələsində İranı təmsil edəcək. Bu, klub üçün beynəlxalq səviyyədə tanınmaq və öz mövqeyini gücləndirmək üçün bir fürsətdir. Bu uğur eyni zamanda İran futbol sistemindəki təkcə idman deyil, ictimai və mədəni dəyişikliklərin də göstəricisidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:157
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 15 May 2025 15:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see290

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see262

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see260

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see255

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see253

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see250

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see245

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see237

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see236

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see234

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see228

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see228

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see222

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see216

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see216

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see213

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see212

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see211

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri