Tramp 2016 cı ilə dair gizli sənədləri ORTAYA ÇIXARDI: Rusiya ilə sövdələşmə olub? KONKRET
Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
ABŞ prezidenti Donald Tramp Rusiya ilə ehtimal edilən əlaqələri ilə bağlı “Crossfire Hurricane” kod adı altında aparılan təhqiqatla bağlı FTB sənədlərinin məxfilikdən çıxarılması haqqında sərəncam imzalayıb.
KONKRET.az xəbər verir ki, bu barədə “Ria Novosti” məlumat yayıb.
“Bu, biabırçılıqdır. Ölkədə belə bir şey heç vaxt baş verməməli idi. İndi özünüz görə bilərsiniz, sənədlərin məxfiliyi açıqlanıb”, – Tramp sənədi imzalayarkən deyib.
Bununla belə, bəzi məlumatların hələ də məxfi qalacağı bildirilir.
2016-cı ildə Tramp ABŞ prezident seçkilərində qalib gəldikdən sonra Demokratlar Partiyası onun Rusiya ilə əlaqəsi olduğundan şübhələnib. Trampın rəqibləri də Moskvanın ABŞ-dakı seçki prosesinə mümkün müdaxiləsinə işarə ediblər.
İstintaq 2019-cu ildə keçmiş xüsusi prokuror Robert Muellerin hesabatını Ədliyyə Departamentinə təqdim etdikdən sonra başa çatıb. Sənəddə bildirilirdi ki, istintaq 2016-cı il seçkiləri zamanı Tramp kampaniyasının üzvləri ilə Rusiya hökuməti arasında sövdələşmə və ya koordinasiyaya dair heç bir sübut aşkar etməyib.
Müşviq Tofiqoğlu
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 26 Mart 2025 15:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















