Icma.az
close
up
RU
Tramp 3 cü dəfə prezident seçilə və yaxud ola bilərmi? Siyasi şərh

Tramp 3 cü dəfə prezident seçilə və yaxud ola bilərmi? Siyasi şərh

Icma.az, Qaynarinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bu təşəbbüsün həyata keçməsi ehtimalı sıfırdır. Amma Trampın 3-cü müddətə prezident olması realdır".

Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Kamran Cəfərov ABŞ prezidenti Donald Trampın 2037-ci ilə qədər vəzifəsində qala biləcəyi ehtimalı iə bağlı xarici mətbuatın yazdığını şərh edərkən deyib.

"Tramp 3-cü dəfə prezident seçilə və yaxud ola bilərmi? Seçilə bilməz, amma ola bilər. ABŞ konstitusiyası birinci şəxsin iki dəfədən çox prezident seçilməsini məhdudlaşdırır. Amma söhbət məhz seçilməsindən gedir, ABŞ-da seçkisiz də prezident olmaq imkanları var. Təsəvvür edin ki, növbəti seçkilərdə Vens/Rubio (prezident və vitse-prezident) namizəd olurlar və qələbə qazanırlar. Bundan əlavə, respublikaçılar Nümayəndələr Palatasında da çoxluğu əldə edir və spiker olaraq Trampı seçirlər. Bu ölkədə spiker Nümayəndələr Palatasının üzvü olmaya da bilər. Sonra Vens prezidentlikdən istefa verir, avtomatik olaraq Rubio prezident olur, amma o da istefa verir və qanunvericiliyə görə ABŞ-ın prezident yenidən Tramp olur. Bundan qabaq, Respublikaçı konqresmen Endi Odcles Nümayəndələr Palatasına yeni qanun layihəsi təqdim edib. Söhbət konstitusiyanın "22-ci düzəlişi"nə düzəliş etməkdən gedir. Konqresmen deyib ki, "Tramp dünyanın müasir tarixində ABŞ-ın, inkişaf və gücünü bərpa etdirə biləcək yeganə lider" olduğuna görə, ona, 3-cü müddətə seçilməsinə imkan verilsin", deyə Kamran Cəfərov bildirib.


Həmsöhbətimiz xatırladır ki, ABŞ konstitusiyasına bir şəxsin ancaq iki müddətə seçilməyinə icazə verir və hər hansı dəyişikliklərin edilməsi üçün Konqresin hər iki palatasında nümayəndələrin 66,6 faizi lehinə səs verməlidir: 

"Bundan əlavə, 50 ştatından 37-si də bu qərarı ratifikasiya etməlidir. Yəni yuxarıda qeyd olunan təşəbbüsün həyata keçməsi ehtimalı sıfırdır".

Ekspertin fikrincə, Trampın konstitusiyanı dəyişməsi mümkün deyil: 

"Ya da Vens, Rubio, Tramp rokirovkasını həyata keçirməlidir. Amma Trampın 3-cü müddət prezident olması realdır". 

Qeyd edək ki, Britaniyanın "The Daily Mail" qəzetinin yazdığına görə, ABŞ prezidenti Donald Tramp ölkə konstitusiyasına düzəlişlərdən birini istifadə edərsə, 2037-ci ilə qədər, yəni 90 yaşı tamam olanadək vəzifəsində qala bilər. 

Nəşr iddia edir ki, Ağ Ev 1951-ci ildə qəbul edilmiş 22-ci konstitusiya düzəlişindən istifadə imkanını nəzərdən keçirir. Belə ki, eyni şəxs iki dəfədən çox olmayaraq dövlət başçısı seçilə bilməz. Bununla belə, düzəlişdə eyni şəxsin ABŞ-nin hazırkı rəhbərinin istefası və ya ölümü halında üçüncü və ya dördüncü dəfə prezident vəzifəsini icra edə bilməyəcəyi göstərilmir. Beləliklə, qəzetin yazdığına görə, prezidentliyə namizəd olacaq növbəti şəxs hazırkı vitse-prezident Cey Di Vens və ya Tramp özü ola bilər.

Rüfət Sultan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Mart 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri