Tramp 7 iddia irəli sürdü və hamısı da yalandır Qalibaf
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ prezidenti Donald Trampın açıqlamalarına münasibət bildirib.
Turkustan.az xəbər verir ki, Qalibaf deyib: "ABŞ prezidenti bir saat ərzində yeddi iddia irəli sürüb və bunların hamısı yalandır. Onlar bu yalanlarla müharibədə qalib gələ bilməyiblər. Danışıqlarda da heç bir nəticə əldə edə bilməyəcəklər".
İran Parlamentinin sədri X vasitəsilə açıqlama verib.
Kalibaf bildirib ki, gəmilərin Hörmüz boğazından keçidi təyin olunmuş marşrut üzrə və İranın icazəsi ilə həyata keçiriləcək.
Kalibaf media müharibəsinin və ictimai rəyin manipulyasiyasının müharibənin bir hissəsi olduğunu bildirərək əlavə etdi: "İran xalqı bu hiylələrdən təsirlənməyəcək".
Digər tərəfdən, Kalibaf blokada davam edərsə, Hörmüz boğazının açıq qalmayacağını bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 18 Aprel 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















