Tramp ABŞ dəki etirazların Sorosun təşkil etdiyini düşünür
Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ prezidenti Donald Tramp Corc Sorosun ölkədə etiraz aksiyalarının təşkilində iştirakı ilə bağlı araşdırma aparmaq niyyətində olduğunu növbəti dəfə bəyan edib.
"Report"un xəbərinə görə, bunu D.Tramp "Fox News" telekanalına müsahibəsində deyib
"Biz Sorosun arxasınca gedəcəyik, çünki düşünürəm ki, bu, ona və digər insanlara qarşı RICO (Cinayət təşkilatları haqqında qanun) işidir, çünki bunlar sadəcə etirazlardan daha çox şeydir, əsl iğtişaşlardır, bunlar küçə iğtişaşlarıdır", - Amerika lideri qeyd edib.
Xatırladaq ki, avqustun 27-də Tramp artıq Soros və oğlunu ölkədəki zorakı etirazlara dəstək verdiyinə görə məsuliyyətə cəlb etməyə çağırmışdı.
"Biz daha bu dəlilərin Amerikanı parçalamasına imkan verməyəcəyik. Soros və onun psixopatlar qrupu ölkəmizə çox böyük ziyan vurdular".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 13 Sentyabr 2025 08:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















