Tramp ABŞ ın Maliyyə Nazirliyini və Vergi Xidmətini MƏHKƏMƏYƏ VERDİ
Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp Maliyyə Nazirliyi və ölkənin Vergi Xidmətinə qarşı 10 milyard dollar məbləğində kompensasiya tələbi ilə məhkəmə iddiası qaldırıb.
Bizim.Media xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Trampın iddiasına görə, dövlət qurumları onun ilk prezidentlik dövründə vergi bəyannamələrini icazəsiz şəkildə açıqlayıb.
İddia Donald Tramp, onun oğulları Erik Tramp və Donald Tramp Jr., eləcə də prezidentin daşınmaz əmlak şirkəti olan “Trump Organization” adından Mayami şəhərinin federal məhkəməsinə təqdim edilib.
Qeyd edək ki, Tramp daha əvvəl də ABŞ Vergi Xidmətini nüfuzuna xələl gətirmək cəhdlərində və siyasi motivli təqib aparmaqda ittiham edib. Hazırkı işin mərkəzində isə 2020-ci il seçkiləri ərəfəsində The New York Times qəzetinin məxfi məlumat sızması əsasında Trampın vergi bəyannamələrini dərc etməsi ilə bağlı qalmaqal dayanır.
Bizim.Media
Baxış sayı:53
Bu xəbər 30 Yanvar 2026 10:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















