Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Tramp ABŞ ın strateji planının ilk mərhələsini bitirdi: Ağ Ev Yaxın Şərqi fəlakət laboratoriyası na çevirir

Tramp ABŞ ın strateji planının ilk mərhələsini bitirdi: Ağ Ev Yaxın Şərqi fəlakət laboratoriyası na çevirir

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağ Ev sahibinin İrana qarşı təhdid üzərindən sülh sazişi təklif etməsi Yaxın Şərqin yenidən dizayn olunması ssenarisində növbəti mərhələnin başlanma anonsu anlamına gəlir... ABŞ uzun müddət davam edəcək sülh müzakirələrində Yaxın Şərqdə həm İrana, həm də İsrailə ayrılacaq növbəti geostrateji missiyanı birmənalı şəkildə dəqiqləşdirəcək...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Yaxın Şərqin yenidən dizayn olunması prosesində daha bir mərhələ sona çatdı. Deməli, artıq növbəti mərhələyə start veriləcək. Belə ki, İrana indiyə qədər ayrılmış regional missiya artıq yekunlaşıb. Növbəti iştirak missiyasının məzmun və istiqamətlərini də müəyyən mənada, təxmin etmək mümkündür. Və Yaxın Şərqdə baş verən hərbi-siyasi hadisələr ümumi hədəfləri təxminən də olsa, təsəvvür etmək imkanları yaradır.

Onu da qeyd etmək lazımdır ki, İsrailin İrana qarşı savaş planının ABŞ-da amerikalı hərbi strateqlər tərəfindən hazırlandığı artıq qətiyyən şübhə doğurmur. Üstəlik, rəsmi Tehranın da bundan xəbər olduğu inkaredilməz reallıqdır. Və Pentaqon şefi Pit Heqsetin İsrailin savaşa başlamasından aylar öncə İrana qarşı zərbə planının artıq hazır olduğunu açıq mətnlə bəyan etməsi bu müharibənin qaçılmaz olduğunu göstərirdi.

Digər tərəfdən, ABŞ prezidenti Donald Tramp hələ aprel ayında İrana nüvə anlaşması üçün iki ay vaxt verdiyini bildirmişdi. Böyük ehtimalla İsrailin baş naziri Bünyamin Netanyahunun ABŞ-a son səfəri çərçivəsində İrana zərbə planı Ağ Ev sahibi Donald Trampla müzakirə olunmuşdu. Və məhz həmin səfərdən sonra rəsmi Təl-Əviv İrana hərbi zərbə vurulacağını daha əminliklə bəyan edirdi.

Belə anlaşılırdı ki, İrana qarşı müharibə planı quranlar rəsmi Tehrana hazırlaşmaq üçün yetərli zaman intervalı da ayırmışdılar. İndi artıq aydın olur ki, İran bu zaman intervalından maksimum səviyyədə istifadə etməyə nail olub. Ona görə də, İsrailin intensiv hərbi zərbələrindən sonra İran qətiyyən panik duruma düşmədi. Əksinə, cavab zərbələri ilə İran ən azından özünün regional nüfuzunu qorumağı bacardı. Və bu, münaqişə tərəfləri arasında bərabərlik keyfiyyəti daşıyan pat vəziyyətinin yaranması anlamı daşıyırdı.

Belə anlaşılır ki, savaş planının müəllifləri strateji hədəflərin sırasına İranın məğlubiyyətini, İsrailin isə qələbəsini daxil etməkdə maraqlı olmayıblar. Yəni, hər iki tərəfin nə məğlub, nə də qalib olmasında qətiyyən maraqlı olmayıblar. Böyük ehtimalla İrana qarşı savaşda "hərbi zəfər çələngi" məhz ABŞ üçün ayrılıb, bir kənarda saxlanılıbmış. Və zamanı çatanda Ağ Ev dövrəyə girəcəkdi, ABŞ-ı savaşın mütləq qalibi elan edəcəkdi.

Təbii ki, bu, Ağ Evə bütün dünyaya növbəti xəbərdarlıq mesajı vermək üçün olduqca vacib idi. Çünki prezident Donald Tramp seçki ərəfəsində hakimiyyətə gələcəyi təqdirdə, ABŞ-ın daha da gücləndiriləcəyi və nəhəngləşdiriləcəyi barədə vədlər vermişdi. İndi Ağ Evdə hesab edirlər ki, bu vədlər reallaşmağa başlayıb. Və üstəlik, indi ABŞ həm də Yaxın Şərqin yenidən dizayn olunmasında şəriksiz qlobal iradə sahibidir.

Nəhayət, ABŞ-ın dövrəyə girməsinin üslubu da Ağ Evin savaş ssenarinin nə qədər dəqiq və qüsursuz icra olunduğunu göstərir. Belə ki, ABŞ prezidenti Donald Tramp əvvəlcə İrana iki həftə vaxt verdiyini bəyan edir. Üstəlik, ABŞ-ın İranı iki həftədən sonra deyil, məhz bu zaman intervalı içərisində vuracağını hər kəsə, eləcə də, rəsmi Tehrana tam dəqiqliyi ilə anladır. Və rəsmi Tehran hansı nüvə obyektlərinə zərbə endiriləcəyini dəqiq bildiyimdən oraları boşaltmağa imkan tapır.

Ardınca isə Ağ Evdən rəsmi Tehranla əlaqə qurulur. ABŞ-ın hansı saatda zərbə endirəcəyi barədə dəqiq məlumat çatdırılır. Üstəlik, rəsmi Tehrana Ağ Evin İranda siyasi rejim dəyişikliyi ilə bağlı qərarının olmadığı ilə bağlı da təminat verilir. Yəni, rəsmi Tehrana anladılır ki, İrandakı hakimiyyət üçün heç bir təhlükə yoxdur, sadəcə, əvvəlcədən boşaldılaraq, zərbəyə hazırlanmış nüvə obyektləri vurulacaq. Və bununla da proses sona çatacaq.

Göründüyü kimi, münaqişə tərəflərinin deyil, məhz sonradan müdaxilə edənin qalib elan edildiyi bir savaş ssenarisinin reallaşdırılması artıq sona çatmaq üzrədir. Üstəlik, bu ssenarinin iştirakçılarından hər hansı birinin narazı qalması üçün də elə ciddi səbəb yoxdur. İndi geriyə yalnız bu ssenarinin iştirakçılarının həm daxili, həm də xarici auditoriya qarşısında nüfuzunun təminat altına alınması istiqamətində priventiv addımların atılması qalır.

Onu da qeyd etmək lazımdır ki, prezident Donald Tramp Yaxın Şərqin yenidən dizayn olunması planının ilk mərhələsinin sona çatması münasibətilə artıq açıqlamalar verib. Ağ Ev sahibi bildirib ki, İranın nüvə obyektləri tamamilə məhv edilib. Halbuki, bunu təsdiqləyən sübutlar hələlik yoxdur, rəsmi Tehran da əksini iddia edir. Bu baxımdan, Ağ Ev sahibinin "ABŞ-ın əsas məqsədinin İranı uranı zənginləşdirmək imkanlarından məhrum etmək" olması, hücumların uğuru barədə bəyanatı da hələlik sadəcə, iddiadan başqa bir şey deyil. Və indi Ağ Ev sahibi İranı dərhal sülh sazişi imzalamağa çağırır, əks halda, rəsmi Tehranı daha dağıdıcı zərbələr ilə hədələyir.

Böyük ehtimalla rəsmi Tehranın təhdid olunması və sülh sazişi təklif edilməsi Yaxın Şərqin yenidən dizayn olunması ssenarisində növbəti mərhələnin başlanma anonsu anlamına gəlir. Belə ki, İranla sülh müzakirələri uzun müddət davam edə bilər. Bu müzakirələrdə yenidən dizayn olunan Yaxın Şərqdə həm İrana, həm də İsrailə ayrılacaq növbəti missiya birmənalı şəkildə dəqiqləşdiriləcək. Və Pentaqon şefi Pit Heqsetin "Prezident Tramp danışanda dünya qulaq asmalıdır" açıqlaması, Yaxın Şərqi "fəlakət laboratoriyası"na çevirməkdə olan ABŞ-ın bu prosesdə kənar səslərə qulaq asmaq niyyətində olmadığını ifadə edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 İyun 2025 23:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see184

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see183

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see155

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see153

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see138

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see134

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see130

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see128

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see128

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see128

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see127

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see125

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see124

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see123

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see123

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see122

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see122

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri