Icma.az
close
up
RU
Tramp ABŞda naməlum dronlarla bağlı hesabat dərc edəcəyinə söz verib

Tramp ABŞda naməlum dronlarla bağlı hesabat dərc edəcəyinə söz verib

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp dövlət başçısı kimi fəaliyyətə başladıqdan sonra ilk günlərdə ABŞ-ın bir neçə ştatının səmasında müntəzəm olaraq görünən naməlum pilotsuz uçuş aparatları (PUA) ilə bağlı hesabat dərc edəcəyinə söz verib.

Bizimyol.info xəbər verir ki, məlumatı "Fox News" kanalı yayımlayıb.

"Təxminən ilk gün sizə pilotsuz təyyarələrlə bağlı hesabat verəcəyəm. Onların, yəni ABŞ prezidenti Co Baydenin hazırkı administrasiyasının baş verənlər barədə heç nə söyləməmələri gülüncdür", - deyə o, cümə axşamı Floridada jurnalistlərə bildirib.

Tramp əlavə edib ki, o, indiki hakimiyyətin bu mövzu ilə bağlı şərh verməkdən imtina etməsinin səbəblərini bilmir. “Ola bilsin ki, biz bu dronları buraxırıq və araşdırma aparırıq. Ümid edirəm ki, bunu düşmənlər etmir. Bunu 21 yanvarda, inauqurasiyadan bir gün sonra öyrənəcəyik. İnauqurasiya üçün mənə bir az vaxt verin, az sonra sizə hesabat verəcəyik”, - deyə ABŞ-ın gələcək prezidenti jurnalistlərin suallarına cavab verərkən bildirib.

Standart hobbi pilotsuz təyyarələrdən daha böyük olan sirli dronları ilk dəfə keçən il noyabrın ortalarında Nyu Cersi sakinləri görüblər. Bundan sonra Amerika mediası Merilend, Nyu-York, Pensilvaniya və Florida ştatları üzərində səmada dronların olması barədə məlumat yayıb. Naməlum pilotsuz uçuş aparatları Morris (Nyu Cersi ştatı) qraflığındaki Picatinny Arsenal (silah sahəsində tədqiqat və inkişafla məşğul olan) və yeni seçilmiş prezident Donald Trampın Bedminster qolf meydançası da daxil olmaqla yüksək profilli yerlərin yaxınlığında görünüb.

Vaşinqton administrasiyası dəfələrlə qeyd edib ki, aşkarlanan PUA-lar təhlükə yaratmır.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:356
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Yanvar 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri