Icma.az
close
up
RU
Tramp Alyaskada bir irəli, iki geri addım atdı: Ağ Evdə Zelenskini yeni hücum gözləyir, Ukrayna necə və niyə xərcləndi

Tramp Alyaskada bir irəli, iki geri addım atdı: Ağ Evdə Zelenskini yeni hücum gözləyir, Ukrayna necə və niyə xərcləndi

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Alyaskada baş tutan Tramp-Putin görüşündə Ukrayna savaşının dərhal dayandırılması ilə bağlı hər hansı konkret razılaşma olmadı... Ağ Ev sahibinin Kremlin narrativlərini təkrarlaması Ukraynanın yeni üçtərəfli formatda, ABŞ və Rusiya arasında balanslı kompromis axtarışına məcbur ediləcəyini göstərir...

Ukrayna savaşının dayandırılması ilə bağlı prosesdə yeni situasiya yaranmağa başlayıb. Belə ki, ABŞ-ın Alyaska ştatında baş tutan Tramp-Putin görüşü beynəlxalq münasibətlər sistemində mühüm dönüş nöqtəsi kimi də dəyərləndirilir. Bu görüş təkcə ABŞ–Rusiya münasibətlərinin gələcək trayektoriyasına təsir göstərmir, həm də Ukrayna savaşının nizamlanması ilə bağlı yeni diplomatik formatların formalaşması ehtimalını gündəmə gətirir.

Onu da qeyd etmək lazımdır ki, Kremlin mövqeyi Rusiyanın maraqlarına bağlı şərtlər çərçivəsində mücərrəd "uzunmüddətli nizamlanma və təhlükəsizlik zəmanəti" tələbi üzərində dəyişməz qalmaqdadır. Belə ki, prezident Vladimir Putinin açıqlamaları Kremlin müvəqqəti atəşkəslə deyil, "uzunmüddətli siyasi həll mexanizmləri" ilə maraqlandığını göstərir. Və o, Ağ Ev sahibi Donald Trampla görüşdə açıq şəkildə bildirib ki, Rusiya Ukraynada nizamlanmanın uzunmüddətli xarakter daşımasında maraqlıdır.

Kremlin bu mövqeyi Rusiyanın Ukraynanın təhlükəsizliyi ilə bağlı danışıqlarda iştirak etmək niyyətinə işarədir. Çünki Kremlin əsas hədəfi Ukraynanın NATO-ya üzvlük niyyətini tamamilə bloklamaqdan ibarətdir. Rusiya prezidenti uzunmüddətli nizamlanma dedikdə də bununla bağlı şərtlərinin Qərbə qəbul etdirməyi nəzərdə tutur. Və bu, Kremlin ənənəvi mövqeyinin dəyişməz qaldığını göstərir.

Əslində, Kremlin əsas məqsədləri sırasına Ukrayna savaşının mövcud nəticələrini geosiyasi balans çərçivəsində ABŞ və Qərbə hüquqi-siyasi razılaşma ilə təsdiqlətmək də daxildir. Bu, beynəlxalq münasibətlər nəzəriyyəsində “məcburi kompromis” kimi dəyərləndirilə bilər. Əgər, belə şərtlər daxilində sülh sazişi reallaşarsa, bu, yalnız Ukraynanın deyil, həm də ABŞ və Qərbin də Rusiya qarşısında məğlubiyyəti qəbul edərək, kapitulyasiya aktı imzalanması anlamı daşıyacaq.

Nə qədər qəribə də olsa, ABŞ prezidenti Alyaska görüşündə irəliyə doğru bir atmağa cəhd göstərərkən, iki addım geriyə çəkilmiş oldu. Çünki Ağ Ev sahibi Rusiya prezidentinin mövqeyini eynilə təkrarlamaq məcburiyyətində qalmış kimi görünür. Yəni, prezident Vladimir Putinin əsas narrativi olan "atəşkəs yox, geniş sülh razılaşması" tezisini gündəmə gətirir: “Bu dəhşətli müharibəni sonlandırmağın ən yaxşı yolu sadəcə, atəşkəs anlaşması əldə etmək deyil, birbaşa sülh razılaşması üçün çalışmaqdır”.

Belə anlaşılır ki, ABŞ Rusiya ilə birgə Ukrayna münaqişəsinin Kreml tərəfindən gündəmə gətirilmiş "struktur səbəbləri"ni aradan qaldıracaq razılaşma üzərində işləmək niyyətindədir. Tramp administrasiyası bunu həm də ABŞ-ın əsas vasitəçi kimi mövqeləndirilərək, siyasi dividendlər qazanmaq şansı kimi dəyərləndirilir. Halbuki, bu variant rəsmi Kiyevi Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərinin gələcək taleyini müzakirə etmək imkanından məhrum buraxa bilər.

Ona görə də, Qərb mətbuatında Alyaska görüşündən sonra ABŞ-ın tutduğu mövqe ilk növbədə Vladimir Putinin diplomatik uğuru kimi qiymətləndirilir. Əsas qənaət ondan ibarətdir ki, prezident Vladimir Putin Ağ Ev sahibi Donald Trampla görüşdə Rusiyanın maraqları tələb edən  hər şeyə nail olub. Xüsusilə də, atəşkəs anlaşması olmasa da, ABŞ tərəfindən Rusiyaya qarşı yeni sanksiyalar da elan edilməyib. Və ən əsası isə Alyaska görüşü sayəsində Rusiya beynəlxalq münasibətlərdə demək olar ki, “təcridin qırılması”na nail olmuş kimi görünür.

Təbii ki, bundan sonra baş verəcəklər daha çox Ukrayna və Avropa dövlətlərinin mövqeyindən asılı olacaq. Halbuki, prezident Donald Tramp Rusiyanın mövqeyini möhkəmləndirməklə, indi Ukrayna və Avropa Birliyinin manevr imkanlarını məhdudlaşdırıb. Rəsmi Kiyev üçün hazırda yeganə pozitiv məqam yalnız ABŞ-Rusiya-Ukrayna formatında üçtərəfli görüş ehtimalının yaranması hesab oluna bilər. Alyaska görüşündən sonra prezident Volodimir Zelenskinin müzakirələr üçün ABŞ-a çağırılması isə Ukraynanın üçtərəfli görüşdə iştirak şansı müəyyən güzəştlər edəcəyi təqdirdə, mümkündür. Və bu, o deməkdir ki, prezident Volodimir Zelenskini Ağ Evdə ağır təzyiqlər altında növbəti gərgin qəbul gözləyir.

Beləliklə, Alyaskada baş tutan Tramp-Putin görüşündə Ukrayna savaşının dərhal dayandırılması ilə bağlı hər hansı konkret razılaşma olmadı. Gözlənilənlərin əksinə olaraq, prezident Vladimir Putin Kremlin narrativlərini Ağ Ev sahibinə böyük ölçüdə qəbul etdirdi və Rusiyanın yeni sanksiyalardan yayındırmağa nail oldu. Ağ Ev sahibi Donald Tramp isə özünü beynəlxalq sülh vasitəçisi kimi təqdim etməklə həm daxili, həm də beynəlxalq siyasi dividendlər əldə etməyə çalışmaqdan uzağa gedə bilmədi. Və indi böyük ehtimalla Ukrayna yeni üçtərəfli formatda, ABŞ və Rusiya arasında balanslı kompromis axtarışına məcbur ediləcək.(musavat.com)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:96
embedMənbə:https://olke.az
archiveBu xəbər 16 Avqust 2025 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see272

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see231

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see208

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see192

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see182

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see171

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see156

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see150

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see149

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see148

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see147

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see144

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see142

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see140

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see136

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri