Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

TRAMP AVROPA İTTİFAQINI DA DAĞIDIR? “Fransa ümidsizdir, Almaniyada qeyr müəyyənlikdir, İtaliya isə...”

TRAMP AVROPA İTTİFAQINI DA DAĞIDIR? “Fransa ümidsizdir, Almaniyada qeyr müəyyənlikdir, İtaliya isə...”

Icma.az, Azpolitika.az saytına istinadən bildirir.

ABŞ prezidenti Donald Trampın başılatdığı tarif müharibəsi dünyanın iki iqtisadi güc mərkəzi - Çin və Avropa İttifaqını dərin təşvişə salıb. Uzun illər ərzində ABŞ Avropa ölkələri və Çin istehsalçıları üçün ən əlverişli bazar olub və onlar sanki bunun əbədi davam edəcəyini düşünüblər. Lakin indi hər şey qəfildən dəyişir və yeni şərtlər Avropa İttifaqının gücünü, yekdilliyini təhlükə altına ata bilər.

Ukrayna müharibəsi göstərdi ki, Avropanın irəliyə hesablanmış vahid strategiyası yoxdur və bu birlikdə pərakəndəlik hökm sürür. Odur ki, əgər Avropa İttifaqı ölkələri qətiyyət nümayiş etdirməsələr, ABŞ-nin tarif müharibəsi onları əzə bilər.

Britaniyanın “The Spectator” nəşri “Avropa İttifaqı Trampın tarif təzyiqləri altında dağılarmı?” başlıqlı maqləsində sözügedən mövzuya toxunub. “AzPolitika” həmin məqaləni təqdim edir: ”Amerika və Çin arasında şiddətlənən ticarət müharibəsində Avropa İttifaqı ortalıqda ilişərək əliboş qalma riski ilə üzləşib. Donald Tramp Çindən idxal edilən mallara 145 % gömrük rüsumu tətbiq edib, Pekin isə buna cavab olaraq öz tariflərini 84 %-ə qaldırıb. 

ABŞ Prezidenti hələ də Amerika və Çinin razılığa gələ biləcəyinə inanır: "Əminəm ki, biz çox yaxşı anlaşa bilərik... Düşünürəm ki, hər iki ölkə üçün çox yaxşı bir şey əldə edəcəyik".

ABŞ Prezidenti həmçinin, Amerika və Çin arasında sövdələşmə ola biləcəyinə də əmindir. O, bu barədə deyib: ”Mən əminəm ki, biz çox yaxşı yola gedə bilərik... Mən düşünürəm ki, ümumi yekunda hər iki ölkə üçün çox yaxşı nəsə alınacaq”.

Avropa İttifaqı da buna ümid bəsləyir, çünki ticarət müharibəsi bu böyük birlik içərisində təhlükəli qırılma xətti yarada bilər. Tramp tarif rüsumlarını doxsan günlük dayandırdığı üçün Ursula fon der Lyayen Avropa İttifaqının cavab tədbirlərini təxirə salıb və bildirib: ”Biz danışıqlara şans vermək istəyirik”.

Aİ-nin rəsmi nümayəndəsi Olaf Qill Ursula fon der Layayeni dəstəkləyib və deyib: ”Onlar danışmaq istəyir və biz də istəyirik. Əks tədbirlərin təxirə salınması Bürüsselə imkan verəcək ki, üzv dövlətlərlə, bizim sənayeçilərimizlə və həmçinin ABŞ ilə danışıqlar aparsın. Biz sövdələşməyə hazırıq”.

Avropa İttifaqı danışqları güc mövqeyindən apara bilməz. Trampın başlatdığı ticarət müharibəsi üzündən bazarlarda yaşanan sarsıntılardan sonra Almaniya, Fransa və İtaliya bu il üçün iqtisadiyyatın böyümə proqnozunu kəskin azaldıblar. İspaniya Bankının rəhbəri xəbərdalıq edib ki, qeyri-müəyyənliyə görə ölkə iqtisadiyyatını çöküş təhlükəsi gözləyir.


Tramp keçən il apardığı seçki kampaniyası zamanı verdiyi vədi yerinə yetirir. Avropalılar içərisində qəfildən yaxalanmayanlardan biri Avropa Mərkəzi Bankının başçısı Mario Draqidir. Trampın ötən ilin noyabrında qalib gəlməsindən sonra Draqi Avropa İttifaqını qasırğa gələcəyi barədə xəbərdar etmişdi. Draqi söyləmişdi ki, Tramp ölkəsindəki sənayenin ənənəvi sektorunu müdafiə edəcək və bu məhsulları ABŞ-yə ən çox idxal edən isə Aİ-dir. Ona görə də Avropa istehsalçılarını qorumaq məqəsdilə amerikalılarla danışıq aparmaq lazımdır. Keçən ilin sentyabrında Draqi Aİ-nin iqtisadi vəziyyəti barədə 400 səhifəlik məruzə çap etdirmişdi. Draqi qeyd edib ki, Avropanın əlavə olaraq illik 800 milyard avro sərmayəyə ehtiyacı var, çünki aşağı istehsal gücü və zəif böyümə səbəbindən iqtisadiyyat dalana dirənib.

Mario Draqi Avropanın gələcəyi ilə bağlı mövzulardan dəhşətə gəldiyini etiraf edib və bəyan edib ki, Avropa İttifaqı“mövcudluğunu saxlamaq çağrışları” ilə üz-üzədir, ona görə də ləngimək olmaz. Draqi bu barədə yazıb: ”Biz elə bir həddə gəlib çatmışıq ki, fəaliyyətsizlik bizim rifahımızı və bizi əhatə edən mühiti və ya azadlığımızı təhlükə altında qoya bilər”.

Bu xəbərdarlıqdan sonra Avropa İttifaqının özündə güc və enerji tapacağı ilə bağlı heç bir praktik əlamətə rast gəlinmir. Fransa öncəki kimi ümidsizdir, koalisya hökuməti funksiyasının öhdəsindən çətinliklə gəlir, iqtisadiyyat isə yerində sayır. Almaniyada yeni koalisiya hökuməti qurulub, lakin insanlar ona inamsız yanaşırlar. Almanların 70 faizi kansler Fridrix Mertsi etibarsız sayırlar. Seçki yarışında yenicə qələbə qazanmış rəhbər üçün bu, çox kədərli göstəricidir.


Merts iqtisadiyyatın yenidən canlanması planını açıqlayıb, amma onun planı alman iqtisadçıları tərəfindən kəskin tənqidə məruz qalıb. İqtisadi Araşdırmalar İnstitutunun direktoru Mixael Hyuter deyib: ”Koalisiyanın yaradılmasına dair müqavilənin böyük hissəsi hədsiz yayğındır, Sosial Demokratlar və Xristian Demokratlar İttifaqı/Xristian Sosialistlər İttifqı arasında ziddiyyətlərin mövcudluğu tamamilə aydın görünür. Məsələn, gəlir vergisi məsləsində razılıq yoxdur”.

İspaniya və İtaliya rəhbərləri nisbətən daha yüksək ictimai nüfuz reytinqinə malikdirlər və onların ABŞ və Çin arasında gedən ticarət müharibəsinə münasibətləri, tutduqları mövqelər fərqlənir. İspaniyanın sosialist baş naziri Pedro Sançes bu həftə Pekinə səfər edib və Çinlə ticarət əlaqələrinin möhkəmlənməsinin vacibliyini vurğulayıb. 

Sançes deyib: “Bu cür qlobal problemləri yalnız çoxtərəfli yanaşma və ölkələr arasındakı həmrəylik həll edə bilər. İspaniya açıq qapılara malik dünyanı, ticarətin bizim xalqları birləşdirdiyi dünyanı dəstəkləyir”. Cümə günü Sançeslə yanaşı dayanan Si Cinpin Amerikanın “birtərəfli zorakılıq praktikasına” qarşı Çin və Avropa İttifaqının vahid mövqedən çxış etməsinin vacibliyini vurğulayıb.

ABŞ Maliyyə naziri Skott Besset xəbərdarlıqla deyib ki, Çinlə yaxınlıq etmək ”özünü boğazından bıçaqlamaqdır” və bu, “avropalılar üçün uduzulmuş mövqedir”.

2023-cü ildə öz ölkəsini Çinin “Bir zolaq, bir yol” təşəbbüsündən çıxran İtaliya Baş naziri Corcia Meloni bu həftə Vaşiqtonda səfərdə olacaq və Trampla ticarət məsələlərini müzakirə edəcək. Meloninin ABŞ-yə səfəri Parisdə çaşqınlıq yaradıb. Fransa hökuməti Sançesin Pekində Si Cinpinlə görüşməsinə etirazla yanaşmasa da, belə görünür ki, Meloninin Trampla işgüzar məsələləri müazkirə etməsi Paris üçün dözülməzdir.


Fransanın Sənaye naziri Mari Ferraçi bildirib: ”Biz birləşməliyik, çünki Avropa bir olanda güclüdür”. Fransanın Avropa məsələləri üzrə naziri Benjamin Haddad baş verənləri belə şərh edib: ”Biz ABŞ-yə ayrı-ayrılıqda, pərakəndə şəkildə getsək güclü olacağıq, yoxsa hamı, 450 milyon əhalisiylə 27 ölkə birlikdə getsə daha güclü olacağıq?”

Haddadın italiyalı həmkarı Tommazo Fotti gecikmədən ona cavab verib: ”Necə olur ki, Prezident Makron Vaşinqtona gedəndə hər şey öz qaydasında olur, ancaq Meloni gedəndə pis olur?”

İtaliya 2024-cü ildə ABŞ-yə 65 milyard avro dəyərində məhsul ixrac edib. Avropa Birliyi ölkələri arasında bu göstəriciyə görə İtaliyanı yalnız Almaniya(161 milyard avro) və İrlandiya(72 milyard avro) qabaqlayır.


Növbəti üç ay Avropa üçün ciddi çağırış dövrü olacaq. Brüssel özünün mütəşəkkil birliyi ilə öyünür, amma “Covid” pandemiyası şəraitində və Ukrayna münaqişəsində onun hərəkətləri göstərdi ki, çətin dönəmlərdə Avropa İttifaqında çatlar əmələ gəlir. Tramp Avropa İttifaqına nifrət edir və o, bu birliyi yenidən bərpa olunmamaq şətiylə birdəfəlik dağıtmaq istərdi”.

V. Nəsibov

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:180
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 15 Aprel 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see314

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see282

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see282

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see263

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see256

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see244

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see237

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see234

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see228

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see224

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see215

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see207

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see205

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see199

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see193

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see193

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see189

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see187

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see183

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri