Icma.az
close
up
RU
Tramp Avropa liderlərini çıxılmaz vəziyyətlə üzləşdirir

Tramp Avropa liderlərini çıxılmaz vəziyyətlə üzləşdirir

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


“Dünən ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə söhbətindən sonra Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətində olmadığını deməsi Avropa liderlərini şoka salıb”.
Reyting.az
xəbər verir ki, bunu məlumatlı mənbələrə istinadla “Axios” nəşri yazıb.
Məlumata görə, Tramp Rusiya lideri ilə danışdıqdan sonra Ukrayna prezidenti Vladimir Zelenski də daxil olmaqla, Almaniya, Fransa, İtaliya, Finlandiya və Avropa Komissiyası liderləri ilə qrup söhbəti aparıb.
“Axios” bildirir ki, Avropa liderləri Putinin Trampla söhbətində atəşkəsə razılaşacağına ümid edib, əks təqdirdə ABŞ-nın Rusiyaya yeni sanksiyalar tətbiq edəcəyini düşünüblər.
Bunun əvəzinə Tramp deyib ki, Putin bir daha ABŞ-nın iştirak etməyəcəyi növbəti danışıqlara şifahi razılıq verib. Eyni zamanda, ABŞ prezidenti hazırda yeni sanksiyaların tətbiqi ideyasına qarşı çıxıb.
Mənbə bildirib ki, Tramp Avropa liderlərinə Putinin sadəcə olaraq atəşkəs şərtlərini müzakirə etməyə başlamağa razı olduğunu deyəndə, xətdə bir neçə saniyə təəccüblü sükut hökm sürür.
Mənbələr deyiblər ki, Avropa liderləri ABŞ-nın Rusiyaya qarşı sanksiyalarının mümkünlüyü barədə birbaşa Trampa sual versələr də, o, bunun yaxşı fikir olmadığını və Putinin razılıq əldə etmək istədiyinə inandığını vurğulayıb.
Mənbənin sözlərinə görə, ABŞ prezidenti avropalıları əmin edib ki, Putin atəşkəs və müharibənin dayandırılması üçün onun şərtləri ilə “sülh memorandumu” təqdim edəcəyinə söz verib. Tramp deyib ki, o, Putindən dərhal rədd ediləcək təklifdən daha çox “insanların razılaşa biləcəyi bir şey” təqdim etməsini istəyib.
Tramp münaqişənin təfərrüatlarını daha yaxşı başa düşdükləri üçün Rusiya və Ukraynanın heç bir vasitəçi olmadan birbaşa ikitərəfli danışıqlar apara biləcəyinə inandığını bildirsə də, avropalılar bununla razılaşmırlar. İtaliyanın baş naziri Giorgia Meloni “hakim”ə ehtiyac olduğunu deyib, Almaniya kansleri Fridrix Merz isə iştirak edən bütün tərəflərin iştirakı ilə görüşü təklif edib.
Telefon danışığı zamanı Finlandiya prezidenti Alexander Stub Trampdan növbəti addımların nə olacağını soruşub.
“Bilmirəm. Kimsə çıxıb deməlidir ki, danışıqlar yaxşı gedir, ya yox, ondan sonra nə edəcəyimizə qərar verəcəyik", - Tramp cavabında bildirib.
ELÇİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://reyting.az
archiveBu xəbər 20 May 2025 21:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see633

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see329

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see320

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see320

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see312

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see297

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see289

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see283

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see276

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see273

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see253

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see253

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see251

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see246

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see243

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see236

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see233

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see216

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see214

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri