Icma.az
close
up
RU
Tramp Avropanı HƏDƏF ALDI Köhnə qitəni qara günlər GÖZLƏYİR...

Tramp Avropanı HƏDƏF ALDI Köhnə qitəni qara günlər GÖZLƏYİR...

Icma.az bildirir, Bizim media saytına əsaslanaraq.

Trampın vəzifəsinin icrasına başlamasından sonra Avropanı çətin günlər gözləyir.
Avropa Mərkəzi Bankının direktorlar şurasının üzvü Pyero Çipollone bildirib ki, ABŞ-ın yeni Prezidenti Donald Trampın xarici məhsulların idxalına qoymaq istədiyi 10-20 faizlik vergilər Avropa İttifaqının iqtisadi inkişaf tempini zəiflədə bilər.
Nəhəng Avropa ixracatçıları üçün ABŞ başlıca bazardır. Bu fonda ekspertin fikrincə, idxal vergisinin tətbiqilə Aİ ölkələrindən gələn məhsullara xarici tələb aşağı düşəcək və daxili bazarda rəqabəti gücləndirəcək. Bu faktlara əsasən də Çipollone düşünür ki, Aİ ölkələrində iqtisadi inkişaf tempi zəifləyəcək.
Görəsən, Trampın iqtisadi siyasəti Aİ-ni hansı çətin duruma sala bilər?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, Trampın Avropa mal və məhsullarına nisbətdə atmaq niyyətində olduğu addımlar sözügedən məkanda istehsalda müəyyən sıxılmalara səbəb olacaq.
“Bu isə öz növbəsində həm işsizlik ordusunun yaranmasına səbəb olacaq, həm də rəqabətyönümlü siyasətin irəli sürülməsində problemlər yaradacaq. Müşahidə və tədqiqatlar onu göstərir ki, Tramp son bir əsrdə ABŞ-da ilk növbədə öz dövlətinin biznes mühitini yaxşılaşdırmaq, onun maraqlarına xidmət etmək siyasəti aparan bəlkə də yeganə Prezidentdir. O, öz ölkəsində əhalinin iqtisadi durumunu yaxşılaşdırmağa, məhsul istehsalını artırmağa, idxal amilindən asılılığı azaltamağa yönəlik siyasət irəli sürür.
Avropa məkanı da indiki vəziyyətdə son 50 ilin ən əlverişsiz vəziyyətindədir. Buna ilk növbədə enerji təhlükəsizliyi siyasəti təsir edir. Müharibədən əvvəl Avropanın istehlak bazarının 40-45 faizini Rusiya təmin edirdi, indi isə bu rəqəm 15 faizə düşüb. Həmin boşluğu doldurmaq üçün də Avropa hər üç istiqamətində, istər əhali, energetika sektoru və sənaye sektorunda qənaət prinsipindən istifadə edir.
Eyni zamanda, sənaye sektoru qənaət sistemindən əziyyət çəkir.
Trampın Avropa mal və məhsullarına nisbətdə atmaq niyyətində olduğu addımlar “köhnə dünya” ölkələrinin istehsal prosesində müəyyən sıxılmalara səbəb olacaq ki, bu da öz növbəsində həm işsizlər ordusunun yaranmasına səbəb olacaq, həm də rəqabətyönümlü siyasətin irəli sürülməsində problemlər yaradacaq. Bu durumda Avropa daha əlverişsiz vəziyyətə düşəcək. Dünyanın istər maliyyə, istər tranzaksiya, istər banksvift sistemi alətləri Amerikanın əlindədir. Tərəzi ABŞ-ın tərəfində olacaq və Trampın irəli sürdüyü siyasət öz ölkəsinin iqtisadiyyatına xeyir gətirəcək”.
Rüfət Sultan, Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:195
embedMənbə:https://bizim.media
archiveBu xəbər 05 Dekabr 2024 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see493

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see446

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see346

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see294

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see285

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see281

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see269

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see252

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see243

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see237

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see225

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see213

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see201

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see195

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri