Icma.az
close
up
RU
Tramp “axmaq ölkə” statusundan qurtula biləcəkmi?

Tramp “axmaq ölkə” statusundan qurtula biləcəkmi?

Icma.az bildirir, Modern.az portalına istinadən.

Tramp seçkidən əvvəl bəyan etdiyi hədəflərindən imtina etmək istəmir.

Modern.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Donald Tramp Prezidentliyinin ikinci müddətində ticarət müharibələrinə başlamağı qarşısına hədəf qoyub.

“ABŞ bundan sonra axmaq ölkə olmayacaq” deyən Tramp başqa ölkələrə trilyonlarla dollar xərcləməyəcəyini bildirib. Trampın sözlərinə görə, ABŞ-ın Kanada, Meksika və Çinlə ticarətində böyük kəsiri var. Ağ Ev sahibi bu 3 ölkənin ABŞ-dan 36 trilyon dollar qazandığını iddia edib. Bu iddiaları Kanada, Meksika və Çin qəbul etmirlər. “Global Times” nəşrinin yazdığına görə, Çin ABŞ-ın başlatdığı ticarət müharibəsinə görə üzv olduğu Ümumdünya Ticarət Təşkilatına şikayət edib. Pekin ABŞ-ın Çin məhsullarına yüksək rüsumlar tətbiq etməsindən narazıdır.

Buna baxmayaraq, Tramp seçkidən əvvəl bəyan etdiyi hədəflərindən imtina etmək istəmir. Onun birinci Prezidentliyi dövründə əsas hədəfi Çin idisə, bu dəfə siyahıya başqa ölkələr də əlavə olunub. Tramp birinci növbədə Panama kanalına nəzarəti ələ keçirməyi və Çin şirkətlərini oradan uzaqlaşdırmağı planlaşdırıb. Çin şirkətlərinin kanal ətrafındakı limanları idarə etməsi Trampı ciddi narahat edir. Ağ Ev sahibinin fikrincə, kanaldan keçən ABŞ ticarət gəmilərinə tətbiq edilən yüksək rüsumlar ədalətsizdir. Əslində rüsumlar bəhanədir. Tramp kanalı inşa edən və uzun illər onu idarə edən Amerikanın əvvəlki mövqeyini bərpa etmək istəyir. Görünür, Ağ Ev sahibi hesab edir ki, Çin Panama dövləti vasitəsilə kanal üzərindən ABŞ ticarətini boğmağa çalışır",-o deyib.

Politoloq vurğulayıb ki, dünya ticarətinin 5 faizi Panama kanalı üzərindən həyata keçirilir və ABŞ ticarət gəmilərinin 40 faizi kanaldan keçməklə limanlara yaxınlaşır:

" Bu sırada ABŞ birinci yerdə qərar tutub. Kanaldan istifadəyə görə ikinci yerdə Çin, üçüncü yerdə Yaponiyadır. Kanal 1999-cu ildə Panama dövlətinin nəzarətinə keçib. Bu 25 ildə Panamanın kanaldan istifadəyə görə gəlirləri artıb. 2024-cü ildə Panama kanalından əldə edilən gəlir 5 milyard dollar olub.    

Beləliklə, Karib dənizi ilə Sakit okean arasında körpü rolunu oynayan Panama kanalı uğrunda mübarizə şiddətlənib. Panama Prezidenti kanalı ABŞ-a təhvil verməyəcəyini bildirsə də, Vaşinqtonla ortaq məxrəcə gəlməyə hazır olduğunu nümayiş etdirib. Dövlət katibi Marko Rubionun Panamaya səfəri zamanı Çin şirkətlərinin kanal ətrafındakı limanlardan uzaqlaşdırılması mövzusu müzakirə olunub. Ancaq bu asan başa gəlməyəcək. Panama Çin şirkətləri ilə müqavilələrdən birtərəfli şəkildə çıxarsa, Pekin məsələni beynəlxalq məhkəməyə daşıyacaq. Panama kanalından istifadə Pekin üçün həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyır. Çin Panama kanalından istifadə etməklə Latın Amerikasında mövqelərini gücləndirir. Panama Pekinin təzyiqi ilə Tayvan adasıyla əlaqələri kəsib. Panama Çinin “bir kəmər, bir yol” layihəsinə qoşulub. Ümumiyyətlə bu layihəyə qoşulan Latın Amerikası ölkələrinin say 21-dir. Vaşinqtonun Panama kanalını nəzarətə götürməsi səbəblərindən biri də budur.

Bu arada, Trampın Çinlə ticarət müharibəsinə başlaması bu ölkədə iqtisadi fəallığa mənfi təsir edir. Yanvar ayında Çində sənaye istehsalı o biri aylara nisbətən azalıb. Bunu Donald Trampı hakimiyyətə gəlişi və verdiyi qərarlarla əlaqələndirmək olar".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:232
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Fevral 2025 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri