Icma.az
close
up
RU
ABŞ nin elan etdiyi “ticarət müharibəsinin” pərdəarxası Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir

ABŞ nin elan etdiyi “ticarət müharibəsinin” pərdəarxası Tramp “axmaq ölkə” statusundan qurtulmaq istəyir

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp Prezidentliyinin ikinci müddətində ticarət müharibələrinə başlamağı qarşısına hədəf qoyub. “ABŞ bundan sonra axmaq ölkə olmayacaq” deyən Tramp başqa ölkələrə trilyonlarla dollar xərcləməyəcəyini bildirib. Trampın sözlərinə görə, ABŞ-ın Kanada, Meksika və Çinlə ticarətində böyük kəsiri var. Ağ Ev sahibi bu 3 ölkənin ABŞ-dan 36 trilyon dollar qazandığını iddia edib. Bu iddiaları Kanada, Meksika və Çin qəbul etmirlər. “Global Times” nəşrinin yazdığına görə, Çin ABŞ-ın başlatdığı ticarət müharibəsinə görə üzv olduğu Ümumdünya Ticarət Təşkilatına şikayət edib. Pekin ABŞ-ın Çin məhsullarına yüksək rüsumlar tətbiq etməsindən narazıdır.

Buna baxmayaraq, Tramp seçkidən əvvəl bəyan etdiyi hədəflərindən imtina etmək istəmir. Onun birinci Prezidentliyi dövründə əsas hədəfi Çin idisə, bu dəfə siyahıya başqa ölkələr də əlavə olunub. Tramp birinci növbədə Panama kanalına nəzarəti ələ keçirməyi və Çin şirkətlərini oradan uzaqlaşdırmağı planlaşdırıb. Çin şirkətlərinin kanal ətrafındakı limanları idarə etməsi Trampı ciddi narahat edir. Ağ Ev sahibinin fikrincə, kanaldan keçən ABŞ ticarət gəmilərinə tətbiq edilən yüksək rüsumlar ədalətsizdir. Əslində rüsumlar bəhanədir. Tramp kanalı inşa edən və uzun illər onu idarə edən Amerikanın əvvəlki mövqeyini bərpa etmək istəyir. Görünür, Ağ Ev sahibi hesab edir ki, Çin Panama dövləti vasitəsilə kanal üzərindən ABŞ ticarətini boğmağa çalışır.

Dünya ticarətinin 5 faizi Panama kanalı üzərindən həyata keçirilir. ABŞ ticarət gəmilərinin 40 faizi kanaldan keçməklə limanlara yaxınlaşır. Bu sırada ABŞ birinci yerdə qaərar tutub. Kanaldan istifadəyə görə ikinci yerdə Çin, üçüncü yerdə Yaponiyadır. Kanal 1999-cu ildə Panama dövlətinin nəzarətinə keçib. Bu 25 ildə Panamanın kanaldan istifadəyə görə gəlirləri artıb. 2024-cü ildə Panama kanalından əldə edilən gəlir 5 milyard dollar olub.

Beləliklə, Karib dənizi ilə Sakit okean arasında körpü rolunu oynayan Panama kanalı uğrunda mübarizə şiddətlənib. Panama Prezidenti kanalı ABŞ-a təhvil verməyəcəyini bildirsə də, Vaşinqtonla ortaq məxrəcə gəlməyə hazır olduğunu nümayiş etdirib. Dövlət katibi Marko Rubionun Panamaya səfəri zamanı Çin şirkətlərinin kanal ətrafındakı limanlardan uzaqlaşdırılması mövzusu müzakirə olunub. Ancaq bu asan başa gəlməyəcək. Panama Çin şirkətləri ilə müqavilələrdən birtərəfli şəkildə çıxarsa, Pekin məsələni beynəlxalq məhkəməyə daşıyacaq. Panama kanalından istifadə Pekin üçün həm iqtisadi, həm də geosiyasi əhəmiyyət daşıyır. Çin Panama kanalından istifadə etməklə Latın Amerikasında mövqelərini gücləndirir. Panama Pekinin təzyiqi ilə Tayvan adasıyla əlaqələri kəsib. Panama Çinin “bir kəmər, bir yol” layihəsinə qoşulub. Ümumiyyətlə bu layihəyə qoşulan Latın Amerikası ölkələrinin say 21-dir. Vaşinqtonun Panama kanalını nəzarətə götürməsi səbəblərindən biri də budur.

Bu arada, Trampın Çinlə ticarət müharibəsinə başlaması bu ölkədə iqtisadi fəallığa mənfi təsir edir. Yanvar ayında Çində sənaye istehsalı o biri aylara nisbətən azalıb. Bunu Donald Trampı hakimiyyətə gəlişi və verdiyi qərarlarla əlaqələndirmək olar.

“Atlas” Araşdırmalar Mərkəzi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Fevral 2025 17:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri