Tramp Azərbaycan Ermənistan münaqişəsindən danışdı: “38 il davam etdi, milyonlarla insan öldü”
Icma.az, Yeniavaz portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Cənubi Koreyada keçirilən sammitində Azərbaycan və Ermənistan və arasında uzun illər davam edən münaqişə barədə danışıb.
Yeniavaz.com xəbər verir ki, Tramp Ağ Evdə sülh sazişinin paraflanmasından sonra Rusiya Prezidenti Vladimir Putinin ona zəng etdiyini bildirib.
“O münaqişə, məncə, 38 il davam etmişdi, elə deyilmi?
Prezident Putin mənə zəng etdi və dedi: “Bu inanılmazdır. İnanılmazdır. Biz bu müharibəni dayandıra bilmirdik”. 38 il davam etdi, milyonlarla insan öldü. Biz isə bunu həll etdik — iki ölkənin liderləri gəldi, onlar Ağ Evdə idilər, buradan başladılar və tədricən bir-birinə yaxınlaşdılar, daha yaxın, daha yaxın… Bir saat sonra isə bir-birini qucaqlayırdılar, sülh içində.
Bu həqiqətən də heyranedici idi. İki çox yaxşı ölkəni, iki çox yaxşı lideri görmək çox gözəl idi — biri 22 ildir vəzifədədir, digəri 7 il. Onların hər ikisi dedi: “Siyasi həyatım boyunca etdiyim yeganə şey qarşı tərəfə atəş açmaq idi”. Amma biz bunu bağladıq, məsələni yekunlaşdırdıq”, - deyə ABŞ prezidenti bildirib.
Qeyd edək ki, bu il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-nin paytaxtı Vaşinqtonda, Ağ Evdə Donald Trampın iştirakı ilə sülh sazişini paraflayıblar.
Bu mövzuda digər xəbərlər:Tramp Azərbaycan Ermənistan sazişindən danışdı
20 Avqust 2025 12:22
Tramp Azərbaycan Ermənistan münasibətlərindən danışdı
14 İyul 2025 21:25
Tramp yenə Ermənistan Azərbaycan razılaşmasından danışdı
30 Dekabr 2025 10:27
Tramp: Üç nəfərə görə milyonlarla insan öldü
15 Aprel 2025 09:17
Ermənistan Azərbaycan münaqişəsini dayandırdım Tramp
23 Sentyabr 2025 18:46
Baxış sayı:59
Bu xəbər 30 Oktyabr 2025 09:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















