Tramp Azərbaycan Ermənistan sazişindən danışdı
Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ prezidenti Donald Tramp jurnalist Mark Levinə müsahibəsində Vaşinqtonda Ermənistan və Azərbaycan arasında imzalanmış bəyannamədən danışıb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
ABŞ lideri sülhməramlı səylərindən danışarkən Ermənistanı səhvən Albaniya adlandırıb, Azərbaycanı isə səhv tələffüz edib.
"Bilirsinizmi, nə qədər heyrətamiz hadisələr baş verib?! Azərbaycanın Albaniya (Ermənistan nəzərdə tutulur - red.) ilə böyük münaqişəsi 34-35 il davam edib. Bu, illərdir davam edirdi. Liderləri tanıdım, ticarət yolu ilə tanış oldum, onlarla bir az danışdım və dedim: "Əgər döyüşəcəksizsə, sizinlə ticarət etməyəcəyəm". İnsanlar bu məsələnin həll olunmayacağını söyləsələr də, mən bunu həll etdim.
Hətta hər ikisi Oval kabinetdə imza atmaq üzrə yan-yana oturanda belə bir-birindən uzaqlaşmağa çalışırdılar, özlərini yaxşı hiss etmirdilər.
Amma sonda bir-birini salamlayıb təbrik etdilər. Bunu görmək həqiqətən xoş idi. Ancaq mən bütün bunları etdim və son altı ayda heç kim heç vaxt belə bir şey etməyib", - deyə Tramp qeyd edib.
Ağarza Elçinoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 20 Avqust 2025 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















