Icma.az
close
up
RU
Tramp bacarmadı, Ərdoğan dərhal hərəkətə keçdi: Türkiyə Ukraynada Rusiyanın önünə sülh divarı çəkəcək

Tramp bacarmadı, Ərdoğan dərhal hərəkətə keçdi: Türkiyə Ukraynada Rusiyanın önünə sülh divarı çəkəcək

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

Rəsmi Ankara həm siyasi-diplomatik, həm də hərbi vasitələrlə Qara dəniz və Avropa təhlükəsizlik arxitekturasında həlledici aktor rolunda çıxış etməyə hazırlaşır... Türkiyənin bu önəmli geopolitik potensialına veriləcək dəstək, yaxud göstəriləcək müqavimət bütövlükdə Avrasiyanın gələcək taleyini də dəyişə bilər...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Ukrayna savaşının dayandırılması üzrə Alyaska prosesinin iflasa uğramasından sonra beynəlxalq diplomatiya məkanında yeni nizamlama formatları müzakirə olunmağa başlayıb. Həmin formatlardan biri də məhz Türkiyənin Ukraynaya sülhməramlı qüvvələr göndərməsi ilə bağlı variantdır. Qərb mətbuatının məlumatına görə, rəsmi Ankara Rusiya ilə hərtərəfli sülh sazişi imzalanacağı halda, Ukraynaya təhlükəsizlik təminatları verməyə, hətta sülhməramlı missiyaya qoşulmağa hazırdır.

Onu da qeyd etmək lazımdır ki, Türkiyə rəsmilərinin açıqlamaları daha genişmiqyaslı prioritet hədəflərin mövcud olduğunu göstərir. Belə ki, rəsmi Ankara həm vasitəçilik missiyasını gücləndirmək, həm də Qara dəniz regionunda öz geostrateji mövqeyini möhkəmləndirmək niyyətindədir. Ancaq bu təşəbbüsün həyata keçirilməsi bir sıra çətin geopolitik şərtlərdən asılıdır. Və Türkiyə həmin geopolitik şərtlərin təmin edilməsində qətiyyətli davranmaq niyyətində olduğunu da gizlətmir.

Məsələ ondadır ki, Türkiyə 2022-ci ildən bəri Rusiya–Ukrayna müharibəsində vasitəçi rolunu aktiv şəkildə oynamağa çalışır. Taxıl sazişi, əsirlərin mübadiləsi və Moskva–Kiyev xəttində bir sıra gizli siyasi-diplomatik kanallar məhz rəsmi Ankaranın iştirakı ilə reallaşmışdı. Bu, Türkiyənin həm NATO müttəfiqləri, həm də Rusiya qarşısında “balanslaşdırılmış siyasət” yürütmək kursuna da tamamilə uyğun gəlir.

Bu baxımdan, Ukraynaya sülhməramlı hərbi kontingent göndərmək ideyası rəsmi Ankara üçün Qara dəniz regionunda şəriksiz geopolitik iradə sahibinə çevrilmək hədəfinin reallaşdırılması prosesində də yeni mərhələ ola bilər. Belə bir addım Türkiyəyə yalnız vasitəçi deyil, həm də “təhlükəsizlik zəmanəti verən aktor” statusu qazandıracağından rəsmi Ankaraya regionda daha geniş manevr məkanı vəd edir. Və bu, Türkiyənin Qara dəniz regionunda sabitliyin əsas təminatçısı olma potensialını daha da qabartmış olur.

Maraqlıdır ki, Ankaradakı rəsmi mənbələrə görə, Rusiya yalnız bir şərtlə Türkiyə sülhməramlılarını qəbul edə bilər. Belə ki, verilən məlumatlarda Kremlin Türkiyənin sülhməramlı missiyasının NATO mandatından kənarda olmasında israr etdiyi vurğulanır. Bu, Kremlin Qərb hərbi qüvvələrinin Ukraynada iştirakı ilə bağlı "qırmızı cizgilər"ini göstərir. Rusiya üçün Türkiyə hazırda həm Montre Konvensiyası çərçivəsində Qara dənizdə xüsusi rol oynayan, həm də Qərblə əməkdaşlıq etsə də, müstəqil qərarlar verə bilən nadir NATO dövlətidir. Və bununla belə, Kremlin razılığı yalnız Ukraynanın siyasi statusu ilə bağlı əsaslı kompromis əldə olunacağı halda mümkün ola bilər.

Türkiyənin Qara dənizdə hərbi dəniz missiyasına xüsusi diqqət ayırması təsadüfi deyil. Montre Konvensiyası çərçivəsində rəsmi Ankara burada mühüm hüquqlara sahibdir və regionun təhlükəsizlik memarlığında “təminatçı dövlət” funksiyasını icra edir. Türkiyə hərbi dəniz donanmasının mina təmizləmə, Ukrayna dəniz güclərinin bərpasına dəstək və logistika sahələrində iştirakı rəsmi Ankaraya həm iqtisadi, həm də siyasi dividendlər qazandıracaq. Bundan başqa, rəsmi Ankara Qara dənizdə Rusiyanın dominantlığını balanslaşdırmaq üçün Ukraynaya yardım etməklə, öz regional liderliyini də möhkəmləndirmiş olacaq.

Avropa dövlətləri və ABŞ Ukraynaya açıq şəkildə hərbi dəstək versələr də, hələlik birbaşa sülhməramlı təşəbbüslərlə çıxış etməyə o qədər də həvəs göstərmirlər. Belə ki, Qərb dövlətlərinin yanaşması daha çox savaş poliqonunda hərbi balansı Ukraynanın xeyrinə dəyişmək üzərində qurulub. Halbuki, Türkiyə daha fərqli geopolitik kurs izləyərək, həm Ukraynanın təhlükəsizlik təminatlarını dəstəkləmək, həm də Rusiya ilə qarşılıqlı münasibətləri qorumaq strategiyasını seçmiş kimi görünür.

Bu önəmli strateji seçim rəsmi Ankaranı həm NATO daxilində unikal mövqeyə gətirir, həm də Türkiyənin Qərblə Rusiya arasında yeganə effektiv vasitəçi statusunu daha da gücləndirir. Yəni Türkiyə hazırda həm Rusiya ilə normal münasibətlər qurmaq, həm də Avropanın təhlükəsizlik arxitekturasında fəal iştirak arasında balans yaratmaq niyyəti ilə hərəkət edir. Və bu, Türkiyəni həm Ukrayna savaş poliqonunda, həm də Qara dəniz hövzəsində açar dövlət statusuna yaxınlaşdırır.

Təbii ki, Türkiyənin sülhməramlı missiya təşəbbüsü indiki mərhələdə hələlik daha çox nəzəri xarakter daşıyır. Çünki Ukrayna və Rusiya arasında hərtərəfli sülh razılaşması yaxın perspektivdə o qədər də real görünmür. Eyni zamanda, NATO və bəzi Qərb ölkələri Türkiyənin “təkbaşına sülhməramlı” roluna müəyyən şübhələr ilə yanaşa bilər.

Digər tərəfdən, Kremlin Ukraynada sülhməramlı missiyaya razılığı yalnız Rusiya üçün xüsusi dividendlərin təmin ediəcəyi təqdirdə, verə biləcəyi qətiyyən istisna deyil. Və bütün bunlara baxmayaraq, rəsmi Ankara çevik davranaraq, indidən bu ideyanı gündəmə gətirməklə, gələcək sülh danışıqlarında “təhlükəsizlik zəmanəti verən əsas oyunçu” statusunu qazanmaq üçün qətiyyətli addım atmış kimi görünür.

Beləliklə, Türkiyənin Ukraynaya sülhməramlı hərbi kontingent göndərmək təşəbbüsü əslində, rəsmi Ankaranın qlobal məkanda geopolitik balans axtarışının məntiqi davamıdır. Bu təşəbbüs bir tərəfdən, Türkiyənin regionda vasitəçi və lider statusunu gücləndirə bilər. Digər tərəfdən isə Rusiya və NATO arasında ziddiyyətlərin daha da dərinləşəcəyi təqdirdə, ortaq tarazlıq faktoruna çevrilə biləcəyi də qətiyyən istisna deyil.

Belə anlaşılır ki, rəsmi Ankara həm siyasi-diplomatik, həm də hərbi vasitələrlə Qara dəniz və Avropa təhlükəsizlik arxitekturasında həlledici aktor kimi çıxış etməyə hazırlaşır. Bu baxımdan, Türkiyə yaxın gələcəkdə sülh danışıqlarının əsas “oyun qurucusu”na çevrilmə şansıma malikdir. Və Türkiyənin bu önəmli geopolitik potensialına veriləcək dəstək, yaxud göstəriləcək müqavimət bütövlükdə Avrasiyanın gələcək taleyini də həll edə bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Avqust 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri