Icma.az
close
up
RU
Tramp Bakıya qarşı oyunu bitirdi: Əliyevdən Ağ Evə incə mesaj Qarabağ detalı

Tramp Bakıya qarşı oyunu bitirdi: Əliyevdən Ağ Evə incə mesaj Qarabağ detalı

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevin III Şuşa Qlobal Media Forumunda onun haqqında söylədiyi fikirləri şəxsi sosial şəbəkə hesabında paylaşması ictimai və siyasi dairələrdə maraqla qarşılandı. Dövlət başçısı çıxışında Trampın prezidentliyi dövründə heç bir müharibəyə başlamamasını, həmçinin ailə dəyərlərinə sadiq qalmasını müsbət hal kimi qiymətləndirib və onu təqdir edib.

Bu jest yalnız şəxsi əlaqələrin ifadəsi deyil, həm də ABŞAzərbaycan münasibətlərinin hazırkı vəziyyətinə və mümkün inkişaf istiqamətlərinə işıq salır. Analitiklərin fikrincə, ABŞ liderinin Azərbaycan Prezidentinin çıxışını paylaşması, təkcə diplomatik nəzakət xarakteri daşımır, o cümlədən, daha geniş geosiyasi və strateji məqsədlərlə əlaqəlidir.

Trampın paylaşımı Ağ Evdən Bakıya hansı mesajın verilməsi mənasına gəlir? Bu, ABŞAzərbaycan əlaqələrinin gələcək inkişafına necə təsir edəcək?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Prezident İlham Əliyevin çıxışı iki ölkə arasında münasibətlərin normallaşmasına yönəlib:

Həmçinin oxuyun:

Əliyev nöqtəni qoydu: dəhliz 3 şərtlə açıqlacaq – Vaşinqton və İrəvana mesaj

“Bu, rəsmi Vaşinqtona verilən aydın mesajdır. Co Bayden administrasiyası dövründə iki ölkə arasında ciddi problemlər yaşanırdı. Bu problemlər əvvəlki hakimiyyətin siyasətindən irəli gəlirdi. Xüsusilə Qarabağdakı separatçıların dəstəklənməsi məsələsində özünü açıq şəkildə göstərirdi. Əliyevin Xankəndidəki çıxışında işlətdiyi “Vaşinqton bataqlığını qurutmaq” ifadəsi çox maraqlıdır və beynəlxalq siyasi termin kimi istifadə olunur. Trampın əsas hədəfi də məhz budur — Vaşinqton siyasətinə təsir edən lobbilərin təsirindən qurtulmaq.


Asif Nərimanlı

İki ölkə arasında yaranmış problemlərin kökü, məhz bu “bataqlıq”dan qaynaqlanırdı. ABŞ-ın xarici siyasətində və Konqres qərarlarında bu açıq şəkildə əks olunurdu. Bayden administrasiyasından başlayaraq yaranan gərginlik Trampın hakimiyyətə gəlməsi ilə kifayət qədər səngidi. ABŞ-dan verilən mesajlar və Trampla Əliyev arasındakı danışıqlar bunu aydın şəkildə göstərir.

Prezident İlham Əliyev Xankəndidə mövcud reallıqları açıq şəkildə bildirdi. İki ölkə arasında münasibətlərin normallaşması üçün tərəflər tam hazır olduqlarını nümayiş etdirirlər”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 İyul 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see246

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see236

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see190

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see171

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see164

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see157

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri