Icma.az
close
up
RU
Mübarizəmiz ədalətli, beynəlxalq hüquqa uyğun idi ŞƏRH

Mübarizəmiz ədalətli, beynəlxalq hüquqa uyğun idi ŞƏRH

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Ənənəvi olaraq hər il keçirilən Qlobal Bakı Forumu dünya ictimaiyyətini narahat edən məsələlərin həlli yollarını araşdıran və bu istiqamətdə müzakirələr apara bilən nüfuzlu beynəlxalq platformaya çevrilib. Diqqət yetirsək görərik ki, ildən-ilə iştirakçılarının sayı artan Qlobal Bakı Forumunun mövzularının əhatə dairəsi də genişlənir. Buna əmin olmaq üçün təkcə tarixi Zəfərimizdən sonrakı dövrdə keçirilən forumların mövzularına diqqət yetirmək kifayətdir.

Martın 13-də Bakıda, “Gülüstan” sarayında Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumu öz işinə başladı. Martın 15-dək davam edəcək Forumda dünyanın müxtəlif ölkələrindən 400-ə yaxın xarici qonaq iştirak edir. Hər bir beynəlxalq əhəmiyyətli tədbir mahiyyəti ilə bərabər, keçirildiyi məkan baxımından da geniş təhlil edilir, diqqətdə olur. 2012-ci ildən təsis edilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi tədbirlərə maraq ildən-ilə artmaqdadır. Azərbaycanın belə forumlara ev sahibliyi etməsi, ildən-ilə iştirakçıların sayında nəzərəçarpan artım ölkəmizə olan diqqət və etimadın, dövlətimizin başçısı İlham Əliyevin siyasətinə dəstəyin ifadəsi kimi dəyərləndirilir.

Beynəlxalq miqyasda tanınan Bakı Forumu gündəmə gətirdiyi məsələlərin əhatə dairəsi, əhəmiyyəti, eləcə də müzakirə olunan mövzuların aktuallığı baxımından dünyanın düşünən beyinlərini bir araya toplayan nüfuzlu bir platformadır. Qlobal Bakı Forumu haqlı olaraq Davos Dünya İqtisadi Forumu və Münxen Təhlükəsizlik Konfransı qədər vacib platforma hesab edilir. Qlobal Bakı forumları dünyada baş verən proseslərə münasibət, münaqişələrin aradan qaldırılması, bu müharibələrin baş verməməsi üçün beynəlxalq səviyyədə səylərin birləşdirilməsi, təhlükəsizlik, yeni dünya nizamı və sülhə nail olmanın yolları barədə fikir mübadiləsi üçün əlverişli şərait yaradır. Mövcud və gözlənilən böhranlara baxış tərzinin müəyyənləşdirilməsi, beynəlxalq səviyyədə problemlərin ədalətli həlli üçün beynəlxalq təşkilatların rolunun gücləndirilməsi, müharibələrin baş verməməsi üçün dünya güclərinin səylərinin artırılması, qlobal fəlakətlərin, pandemiyaların qarşısının alınması, xəstəliklərlə mübarizədə dünya ölkələrinin səylərinin birləşdirilməsinə çağırış edilir.

Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfələr davamlılığı ilə diqqətdədir. 2019-cu ilin sonlarından başlayaraq dünyanı bürüyən COVID-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda ölkəmizin atdığı addımlar bütün bunlara əyani sübutdur. Dövlətimizin başçısı İlham Əliyev ilk gündən belə bir çağırışı səsləndirdi ki, qlobal çağırışlar qlobal cavab tədbirləri tələb edir. Ölkə Prezidentinin təşəbbüsü ilə öncə Türk dünyasının birliyinə yönələn Türk Dövlətləri Təşkilatının, sonra dünya dövlətlərinin həmrəyliyinə nail olmaq üçün Qoşulmama Hərəkatının Zirvə görüşləri keçirildi. Azərbaycanın BMT Baş Assambleyasından sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına sədrliyi dövrü də koronavirus infeksiyası ilə mübarizə tədbirlərinin aparıldığı, 44 günlük İkinci Qarabağ müharibəsinin baş verdiyi, həmçinin postmünaqişə dövrünə təsadüf etdi.

Prezident İlham Əliyevin bu fikirləri ölkəmizin beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul olunmasını şərtləndirən amilləri açıqlayır. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanın başladığı inkişaf, tərəqqi yolunun hansı uğurlara, zəfərlərə yol açdığı günümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Ulu Öndər Azərbaycanın dünyaya Günəş kimi doğmasını arzuladı və reallığa çevirdi. Onun yaratdığı möhkəm təməl üzərində ildən-ilə daha möhtəşəm uğurlara imza atan Azərbaycan son 21 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə zirvələri fəth edir.Bu zirvələrin təqdimatı tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsidir. Dünyanı narahat edən qlobal problemlərin Azərbaycanda müzakirə edilməsi ədalətə və beynəlxalq hüquqa söykənən siyasətimizin nəticəsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 14 Mart 2025 21:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see328

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see322

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see321

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see305

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see304

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see287

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see287

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see283

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see270

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see249

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see240

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see235

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see234

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see234

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see227

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see224

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see202

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see201

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri