Icma.az
close
up
RU
Tramp bildirib ki, İsrail və İran ondan sülh bərqərar etməsini istəyib

Tramp bildirib ki, İsrail və İran ondan sülh bərqərar etməsini istəyib

Bizimyol portalından alınan məlumata görə, Icma.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp iddia edir ki, İsrail və İran ona münaqişənin sona çatması və sülhün bərqərar olması xahişi ilə demək olar ki, eyni vaxtda müraciət ediblər.

Bizimyol.info xəbər verir ki, bu barədə Amerika lideri "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb.

“İsrail və İran demək olar ki, eyni vaxtda yanıma gəlib “Sülh!” dedilər. Bilirdim ki, vaxt gəldi. Münaqişənin bitməsindən həqiqətən də dünya, Yaxın Şərq qazanır! Hər iki ölkə sevgi, sülh və firavanlıq gələcəyini gözləyir. Haqq və ədalət yolundan azarlarsa, qazanacaqları və ya itirəcəkləri çox şey var”,- deyə Tramp bildirsə də, təfərrüatları açıqlamayıb. "İsrail ilə İranın gələcəyi sonsuz və ümidvericidir. Allah onları qorusun!" – deyə Vaşinqton administrasiyasının rəhbəri əlavə edib.

Amerika lideri daha əvvəl deyib ki, “İsrail və İran tam atəşkəs olacağına dair tam razılığa gəliblər”. Trampın sözlərinə görə, yaxın saatlarda atəşi ilk kəsən İslam Respublikası olacaq, 12 saat ərzində isə yəhudi dövləti bunu edəcək. Tramp hesab edir ki, bu, “12 günlük müharibənin bitməsinə” gətirib çıxaracaq.

"Reuters"in Ağ Ev sözçüsünə istinadən verdiyi məlumata görə, Tramp iyunun 23-də telefon danışığı zamanı İsrailin baş naziri Benyamin Netanyahu ilə yəhudi dövləti ilə İslam Respublikası arasında atəşkəs barədə razılığa gəlib. Bu məsələ ilə bağlı İran nümayəndələri ilə birbaşa və vasitəçilərlə məsləhətləşmələri ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens, dövlət katibi Marko Rubio və ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Vitkoff aparıb. Ağ Ev rəsmisinin sözlərinə görə, İran növbəti zərbələr endirməsə, İsrail atəşkəslə razılaşıb. Agentlik aydınlaşdırıb ki, Tehran bunu etməyəcəyini bildirib.

İsrail iyunun 13-nə keçən gecə İrana qarşı hərbi əməliyyata başlayıb, bir gün keçməmiş İslam Respublikası əks-hücuma keçib. Qarşılıqlı hücumlar davam edirdi. Birləşmiş Ştatlar silahlı münaqişəyə onun gərginləşməsindən doqquz gün sonra daxil olub: Amerika qüvvələri iyunun 22-nə keçən gecə İranın üç nüvə obyektinə - Fordo, Natanz və İsfahanda hücum edib. İyunun 23-ü axşam saatlarında Tehran Qətərdəki Amerikanın Əl-Udeyd aviabazasına raket zərbəsi endirib. ABŞ hakimiyyət orqanlarının məlumatına görə, zərbə nəticəsində heç bir itki yoxdur və ciddi ziyan dəyməyib.

Qadir, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 24 İyun 2025 07:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri