Tramp: “Borc problemini böyük artım çox asanlıqla həll edəcək”
Icma.az, Banco.az portalına istinadən məlumat verir.
Müəllif:Mehin Qasımova,Banco.az
ABŞ Prezidenti Donald Tramp ölkə iqtisadiyyatında baş verən artımın 40 trilyon dolları aşan dövlət borcunun aradan qaldırılmasına imkan verəcəyini bildirib.
Banco.az xəbər verir ki, ABŞ-ın ümumi dövlət borcunun ilk dəfə 40 trilyon dolları keçməsi ilə bağlı suala cavab verən Tramp problemin uzun illərdir mövcud olduğunu söyləyib. Onun sözlərinə görə, hazırda ABŞ iqtisadiyyatında əvvəlkindən fərqli olaraq böyük artım müşahidə olunur və məhz iqtisadi artım borc yükünün azaldılmasına kömək edəcək.
“Borcun öhdəsindən gəlməyin yolu artımdır. Artım bu problemi çox asanlıqla aradan qaldıracaq”, – Tramp bildirib.
Qeyd edək ki, ABŞ-ın ümumi dövlət borcu avqustun 18-də 40,047 trilyon dollara çatıb. Borcun artması fonunda Xəzinədarlıq 10-30 illik istiqrazların geri alınması əməliyyatlarının həcmini ən azı 4 milyard dollara yüksəldib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 22 Avqust 2026 10:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















