Tramp: Britaniyanın ABŞ bazasının yerləşdiyi adanı təhvil vermək istəyi “böyük axmaqlıq”dır
Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Dieqo Qarsiya adasını Mavrikiyə təhvil vermək istədiyini iddia edib. O, bu hərəkəti “böyük axmaqlıq” adlandırıb.
APA xəbər verir ki, Tramp bu barədə “Truth Social”da yazıb.
“Təəccüblüdür ki, bizim “əla” NATO müttəfiqimiz Böyük Britaniya hazırda ABŞ üçün həyati əhəmiyyət daşıyan hərbi bazanın yerləşdiyi Dieqo Qarsiya adasını heç bir səbəb olmadan Mavrikiyə verməyi planlaşdırır. Şübhə yoxdur ki, Çin və Rusiya bu tam zəiflik aktını artıq görüblər. Bunlar yalnız gücə qiymət verən beynəlxalq aktorlardır. Elə buna görə də Amerika Birləşmiş Ştatları mənim rəhbərliyim altında cəmi bir il ərzində indiyədək olmadığı qədər hörmət qazanıb.
Böyük Britaniyanın son dərəcə vacib bir ərazini verməsi “böyük axmaqlıqdır” və bu, Qrenlandiyanın niyə mütləq əldə olunmalı olduğuna dair milli təhlükəsizliklə bağlı çoxsaylı səbəblərin növbətisidir. Danimarka və onun Avropadakı müttəfiqləri düzgün olanı etməlidir”, - Tramp vurğulayıb.
Qeyd edək ki, Dieqo Qarsiya adasında ABŞ və Britaniyanın müştərək hərbi bazası yerləşir. Dieqo Qarsiya adası Britaniya Hind okeanı ərazilərini təşkil edən 60 adadan biridir. Bu ada 1965-ci ildə Mavrikidən ayrılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 20 Yanvar 2026 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















