Tramp bu gecə bəyanat verəcək
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ Prezidenti Donald Tramp 28 sentyabrda Ağ Evdə süni intellekt (Sİ) ilə bağlı bəyanat verəcək.
“Cebheinfo.az” xəbər verir ki, dövlət başçısı bunu İllinoys ştatının Çikaqo şəhərindən qayıtdıqdan sonra Vaşinqton yaxınlığındakı Endryus Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərlə söhbətində açıqlayıb.
Ağ Ev Amerika liderinin cədvəlini açıqlayıb və orada onun bu gün bəyanat verəcəyi bildirilir. Müxbirlər Trampdan bəyanatın nə ilə bağlı olacağını soruşublar. "Bildiyiniz kimi, çərşənbə axşamı “Anthropic” ilə görüşümüz var. Bu, çox vacib olacaq. Bu gecə mən “Anthropic” şirkətinin rəhbəri Dario Amodei ilə şam yeməyi yeyəcəyəm. Bu gecə saat 22:00-da şam yeməyi olacaq. O, Anthropic şirkətini idarə edir", - deyə Amerika lideri bildirib.
Amoedei əvvəllər xəbərdarlıq etmişdi ki, süni intellekt texnologiyaları nəzarətsiz qalsa, bütövlükdə bəşəriyyət üçün təhlükə yarada bilər. O, “Anthropic”-in buraxılan istənilən süni intellekt texnologiyasının təhlükəsizliyini təmin etmək üçün sürətini lazım olduğu qədər yavaşlatmağa" hazır olduğunu bildirib. Tramp süni intellekt texnologiyasının sərbəst inkişafının tərəfdarıdır.
Xəzər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 28 Sentyabr 2026 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















