Tramp çağırış etmişdi, Ukrayna yenə neft emalı zavodunu vurdu Video
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Dünən gecə və bu səhər erkən saatlarda Rusiyanın müxtəlif bölgələrində partlayışlar baş verib.
Yeniavaz.com xəbər verir ki, yerli hakimiyyət orqanları Ukrayna raketləri və dronları ilə hücum və müxtəlif obyektlərə ziyan dəydiyini bildirib.
15 sentyabr səhəri Samara vilayətinin qubernatoru Vyaçeslav Fedorişev sosial mediada dron hücumunun müəssisələrdən birinə və bir neçə evə ziyan vurduğunu, lakin itki olmadığını bildirib.
Qubernator hücumun yeri və ya müəssisə barədə məlumat verməyib.
Ukrayna monitorinq kanallarının (Supernova+, Exilenova+) məlumatına görə, Samara vilayətinin Sızran şəhərindəki neft emalı zavoduna hücum olub.
Bu məlumatı ASTRA şahidlərin çəkdiyi görüntülərin təhlili əsasında təsdiqləyib.
Rusiyanın dövlət şirkəti “Rosneft”in bir hissəsi olan və ildə 8,5 milyon tona qədər neft emal edə bilən Sızran neft emalı zavodu 2024-2025-ci illərdə və 2026-cı ilin yaz və yay aylarında Ukrayna müdafiə qüvvələri tərəfindən bir neçə dəfə hücuma məruz qalıb.
Zavod hücumlara görə dəfələrlə neft emalını dayandırıb.
Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Ukrayna hakimiyyətini Rusiyanın yanacaq istehsal edən infrastrukturlarına hücum etməməyə çağırmışdı. O bunu dünyada yaranan yanacaq qıtlığı ilə əlaqələndirmişdi.
Bu mövzuda digər xəbərlər:Ukrayna Rusiyada neft emalı zavodunu vurdu Video
17 Fevral 2026 10:25
Ukrayna Saratovda neft emalı zavodunu vurdu VİDEO
03 Noyabr 2025 09:54
Ukrayna Dağıstanda neft emalı zavodunu vurdu Video
22 Oktyabr 2025 10:13
Ukrayna Yaroslavlda neft emalı zavodunu vurdu VİDEO
28 Avqust 2026 10:06
Ukrayna daha bir neft emalı zavodunu vurdu Video
05 Sentyabr 2025 10:22
Baxış sayı:89
Bu xəbər 15 Sentyabr 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















