Icma.az
close
up
RU
TRAMP ÇƏKİLƏCƏKSƏ, ABŞ HEGEMONİYASI BİTƏCƏK Çin İran müttəfiqliyi nə vəd edir?

TRAMP ÇƏKİLƏCƏKSƏ, ABŞ HEGEMONİYASI BİTƏCƏK Çin İran müttəfiqliyi nə vəd edir?

Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Tehran rejimi ABŞ-nin əlində oyuncaq olmaqdansa, böyüyən Çinlə strateji müttəfiq olmağı seçib

Namiq Bilal

ABŞ-İran müharibəsini ˝Trampın hesablanmamış addımı˝ və ya ˝ABŞ İsrailin oyununa gəldi˝ kimi dəyərləndirənlərin sayı yetərincə çoxdur. Belədir, yoxsa yox, araşdırmağa çalışaq.

ABŞ hegemoniyasının və ˝Petro-Dollar˝ sisteminin ən əhəmiyyətli sütunlarından biri Ağ Evin Böyük Orta Doğu və körfəz nefti üzərindəki nəzarətidir. Fars rejimli İran on illər boyu ABŞ-nin bu məqsədi üçün əsas vasitə rolunu oynayıb. Anti-İsrail oyunu və anti-Türk siyasəti ilə İran Birləşmiş Ştatların yürütdüyü ˝Parçala və hökm et˝ siysətini həyata keçirən əsas ünsür olub. Fars rejiminin Qərb tərəfindən qurulduğu da sübuta ehtiyacı olmayan faktdır. Özləri yaradıb özləri də yararlanıblar. Lakin, müəyyən şərtlər yetişdikdə yaradılan tərəf yaradan qüvvənin nəzarətindən çıxır. Tarix belə nümunələrlə doludur.

ABŞ hegemoniyasının get-gedə zəifləməsi və nəhəng Çin faktorunun meydana çıxmsı İran rejimini yöndəyişdirməyə həvəsləndirib. İran ABŞ-nin əlində oyuncaq olmaqdansa, böyüyən Çinlə strateji müttəfiq olmağı seçib. Fars rejimi ilə Çinin həyati maraqları üst-üstə düşür. Yeri gəlmişkən qeyd edək ki, bu müttəfiqliyin bir istiqaməti də anti-türk siyasətidir.

Lakin oyun fövqəladə dərəcədə böyükdür. Çinin güclənməsini öz hegemoniyasının bitməsi sayan Ağ Ev İranın bu yöndəyişməsini beşiyindəcə boğmalıdır. Bu gün Tramp bu ağır missiyanı yerinə yetirir. Və Tramp bu siyasətdən çəkiləcəksə, ABŞ hegemoniyası bitəcək, Çin isə dünya hegemonu olma yolundakı addımlarını sərtləşdirəcək.


Bir anlıq göz önünə gətirək. Tramp istədiklərinə nail olmadan müharibədən çəkilir. Belə halda İsrail təkbaşına İrana güc gələ bilməz və Təl-Əviv də məcburi atəşkəsə getmək zorunda qalacaq. Bu, geosiyasi baxımdan fars rejimli İranın qələbəsi deməkdir. Belə halda İran Çinin dəstəyi ilə roket texnologiyalarını və nüvə silahı istahsalını sürətləndirəcək. İran 4 min km mənzilli ballistik roketləri ABŞ qüvvələrinin cəmləşdiyi Diyeqo Qarsiya adasına yönəltdi. 4 min km-lik mənzili 8-10 min km-ə çatdırmaq sadəcə zaman məsələsidir. Fars rejimi ayaqda qalacasa Çinin dəstəyi ilə qısa müddətə nüvə silahı da əldə edəcək. Çinin belə təcrübəsi var. Pekin Şimali Koreyanı nüvə silahı və qitələr arası roket texnologiyaları ilə təhciz edərək.

Tramp müharibədən yarımçıq çəkiləcəksə, Çin fars rejimli İranı Orta Doğunun (Yaxın Şərqin-rsd.)  yeni ˝Şimalı Koreyasına˝ çevirəcək. Bu günkü maharibədə Çin İrana hərtərəfli dəstək verir və ABŞ buna qarşı heç nə edə bilmir. Tacikistan üzərindən İrana geniş ölçülü hərbi yardımlar göndərilir, İsraili və ABŞ bazalarını vuran İran roketlərini Çinin ˝Beydu-3˝ uydu sistemi yönləndirir. İran yaxnlarında üzən Çin kəşfiyyat gəmisi ABŞ və İsrailin bütün hücumları barədə İran tərəfini məlumatlandırır. 

Üstəlik, Çinin İrana verdiyi Hava Hücumundan Müdafiə sistenləri ABŞ və İsrail təyyarələrini vurmağa başlayıb. Başqa sözlə, Çin var gücü ilə fars rejimini ABŞ-yə qarşı qoruyur və belə şəraitdə Birləşmiş Ştatların müharibədən çəkilməsi Cin-İran müttəfiqliyinin birmənalı qələbəsi olardı.

Nüvə silahına və qitələr arası roketlərə sahib olan fars rejimi qısa müddət ərzində ABŞ-nin Orta doğudakı bütün hərbi bazalarını darmadağın edib Birlşmiş Ştatları körfəzdən qovacaq. Bu günün özündə belə körfəzdəki bazalarını qorumaqda çətinlik çəkən ABŞ nüvə silahlı İran qarşısında tab gətirə bilməz. Körfəz monarxiyalarının və körfəz neftinin itirilməsi ˝Petro-Dollar˝ sisteminin də çökməsi olardı. Bu isə ABŞ hegemoniyasının tabutuna vurulan sonuncu mismar olardı. Bu senari çərçivəsində körfəz neftinə nəzarət Çinin əlinə keçərdi. Körfəz monarxiyaları üçün fərq etmir, qarant rolunu Birləşmiş Ştatlar yoxsa Çin oynayacaq. Onlar üçün əsas olanı hakimiyyətlərinin qorunmasıdır. Çin fars rejiminin əli ilə ABŞ-ni körfəzdən vurub çıxaracaqsa, şeyxlər həvəslə Çinin himayəsinə keçəcəklər.


Masa üzərində dünya hegemoniyası məsələsi var. ABŞ və Çin İran üzərindən dünya hegempniyası uğrunda ölüm-dirim savaşına girişiblər. Çin-İran müttəfiqliyi qalib gələcəksə, Böyük Orta Doğuda, Qafqazda və Mərkəzi Asiyada Çinin təsir gücü ağılagəlməz dərəcədə artacaq. Bu mənzərəyə Rusiyanı da qataq. Əmin olun, bu fövqəladə gec qarçısında ABŞ də Avropa da cılız qalacaqlar.

İndi gəlin bir yerdə düşünək. Bunca böyük geopolitik partlayış müqabilində ˝ABŞ İsrailin oyununa gəldi˝ və ya ˝Tramp səhv etdi və İran bataqlığına saplandı˝ kimi mülahizələrə yer varmı?

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 28 Mart 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see351

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see343

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see261

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see255

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see247

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see238

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see238

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see236

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see231

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see231

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see223

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see214

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see211

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see207

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see202

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see198

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see194

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see190

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see189

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri