Icma.az
close
up
RU
Tramp, Çin, inflyasiya, pandemiya... “The Economist” 2025ci il proqnozlarını göstərən üz qabığı nə deyir?

Tramp, Çin, inflyasiya, pandemiya... “The Economist” 2025ci il proqnozlarını göstərən üz qabığı nə deyir?

Icma.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Gələn ili formalaşdıracaq mühüm mövzuları, tendensiyaları və hadisələri araşdıran “The Economist” jurnalının illik xüsusi il sonu buraxılışını təqdim edib. Xatırlayırsınızsa, “The Economist” 2024-cü il üçün də üz qabığında müəyyən proqnozlar vermişdi. Baxaq, bu il üçün nəşr nələr vəd edir...

“The Economist” jurnalının üz qabığında ABŞ-ın yenidən seçilən prezidenti Donald Trampın fotosu yer alıb. Bu da o deməkdir ki, Trampın qələbəsi və Ağ Evə qayıdışı, Amerika üçün gələn ili formalaşdıracaq. Bu qayıdış təkcə siyasətə deyil, bir çox sahələrə təsir edəcək.

Trampın siyasətə qayıdışı bütün dünyaya təsir edəcək. Artıq hamımız bilirik ki, Amerika dünyada sözü edşidilən, dünya düzəninə təsir edə bilən, dünyanın sistemi ilə oynaya bilən bir ölkədir. Bu ölkənin rəhbərliyində daha əvvəl də prezident olmuş Trampın yenidən oturması ilk öncə Ukrayna-Rusiya müharibəsinə təsirini göstərəcək. Tramp Rusiya və Ukraynanı razılaşmağa məcbur edə bilər. Bu isə, nüvə müharibəsinin qarşısını almaq deməkdir.

Trampın hakimiyyəti Yaxın Şərqə də təsir edəcək. Qəzza və Livandakı hadisələrlə bağlı İsrailə sərbəstlik verilə bilər.

Dünya Çin-Rusiya, İran və Şimali Koreya dördlüyün xaoslu dördlük olaraq qəbul edir. Buna baxmayaraq, Amerikanın Çinə qarşı duracağı hələ də sual altındadır. Bu da özünü hələ ki, ticarət müharibəsi ilə göstərə bilər.

Üz qabığında digər diqqət çəkən məqam “Çin gözü”dür. Bu da o deməkdir ki, Çin hökuməti zəif daxili iqtisadiyyatı kompensasiya etmək üçün günəş panelləri, akkumulyatorlar və elektrikli avtomobillərin ixracını artıracaq. Məhz Çinin sayəsində dünyada təmiz "texnologiya bumu" yaşana bilər.

2025-ci ili inflyasiya ili kimi də qəbul etməık olar. Dolların bahallaşacağı da qaçınılmazdır.

İqtisadiyyata nəzər saldığımız zaman görürük ki, bu gün Qərb ölkələrinin iqtisadiyyatı yeni problemlərlə qarşı-qarşıyadır. Fotodan da göründüyü kimi Qərb ölkələri vergiləri artırmaq, xərcləri azaltmaq siyasəti ilə addım atacaq. Trampın seçimi Amerikada da inflyasiyaya səbəb olacaq. İdxal tarifləri yüksələcək.

Yaxın Şərqin iqtisadiyyatı da gərgiliklə üzləşir. Artan gənc əhali və işsizlik problemi Yaxın Şərqdə özünü bariz şəkildə göstərəcək.

“The Economist” dərgisinin üz qabığında diqqət çəkən digər maraqlı məqam, dünyanın yenidən bir pandemiya ilə üzləşmə ehtimalını əks etdirən cizgilərdir. Yeni bir epidemiya bütün dünyada özünü göstərə bilər və bu səbəbdən də, yenə ölkələr qapılarını bir-birinin üzünə bağlaya bilər.

Dünyada münaqişələr qlobal aviasiya sistemini pozur. Avropa yeni sərhəd yoxlamaları əlavə edəcək. Şengen sistemi geridə qalacaq.

Qısası, jurnalın üz qabığı 2025-ci ili sürprizlər ili kimi elan edir. Günəş fırtınası, qədim mətnlərin oxunulması və keçmişdən xəbərdarlıqlar gözlənilir. 2025-ci ildə dünyanın "mərkəz"ində Tramp olacaq...

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Noyabr 2024 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri