Icma.az
close
up
RU
Tramp cinsini dəyişən kişilərin qadınlarla yarışmasını qadağan edən fərman imzaladı

Tramp cinsini dəyişən kişilərin qadınlarla yarışmasını qadağan edən fərman imzaladı

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp cinsini dəyişmiş kişilərin qadın idman yarışlarında iştirakını qadağan edən fərman imzalayıb.

Oxu.Az-ın verdiyi məlumata görə, imzalanma mərasimi "C-SPAN" telekanalında yayımlanıb.

"Bundan sonra qadın idman növləri yalnız qadınlar üçün olacaq", - deyə Tramp fərmanı imzalamadan əvvəl çıxışında bildirib.

Tramp əvvəlki administrasiyanı radikal sol ideyaları dəstəkləməkdə və bioloji cinsi mənsubiyyət konsepsiyasından imtina etməyə cəhd göstərməkdə ittiham edib.

"Özlərini qız kimi göstərən kişilər 3500-dən çox yarışda onlardan qələbəni oğurlayıblar ki, bu da çox böyük rəqəmdir. Onlar qadınlar üçün nəzərdə tutulmuş 11 000-dən çox yarışda iştirak ediblər", - deyə ABŞ lideri qeyd edib.

Trampın sözlərinə görə, onun imzaladığı fərman bioloji kişilərin qadın idman yarışlarında iştirakına icazə verən ABŞ təhsil müəssisələrinin federal maliyyələşdirilməsinin dayandırılmasını və onlara qarşı araşdırmaların aparılmasını nəzərdə tutur.

Bundan əlavə, Trampın fərmanına əsasən, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi cinsini dəyişmiş kişi idmançılara ABŞ vizası verməkdən imtina edəcək.

"Bu fərman qadın idman növləri uğrunda mübarizənin başa çatması deməkdir", - deyə Ağ Ev rəhbəri bildirib.

O vurğulayıb ki, bunu çoxdan etmək lazım idi.

Qeyd edək ki, Ağ Evin mətbuat katibi Kerolin Livitt çərşənbə günü jurnalistlər üçün brifinqdə qeyd edib ki, Tramp ABŞ Olimpiya Komitəsi və Milli Tələbə İdman Assosiasiyasının bundan sonra kişilərin qadın idman növlərində yarışlarda iştirakına icazə verməyəcəyini gözləyir.

Bununla belə, o, Trampın yeni fərmanının 2028-ci ildə Los-Anceles (Kaliforniya ştatı) Yay Olimpiya Oyunlarının keçirilmə qaydalarına necə təsir edəcəyi və orada cinsini dəyişmiş kişilərin qadın yarışlarında iştirakına icazə verilib-verilməyəcəyi sualına cavab verməyib.

Yanvarın 21-də Tramp ABŞ-da yalnız iki dəyişməz cinsin - kişi və qadın cinsinin mövcudluğunun tanınması və "gender ideologiyası"ndan imtina edilməsi haqqında fərman imzalayıb. Bütün federal idarələrə gender ideologiyasını təbliğ edən və ya təlqin edən bütün məlumatları silmək tapşırılıb və bu cür ideyaların yayılması üçün dövlət maliyyələşdirilməsindən istifadə etmək qadağan edilib. Həmçinin dövlət vəsaiti hesabına cinsin dəyişdirilməsi üzrə tibbi prosedurların aparılması da qadağan edilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:92
embedMənbə:https://oxu.az
archiveBu xəbər 06 Fevral 2025 09:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see298

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see276

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see167

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see167

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see166

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see156

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see146

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see146

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see143

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see142

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see140

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see138

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see138

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see136

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri