Icma.az
close
up
RU
Tramp daha bir ölkəyə ərazi iddiası irəli sürdü Gərginlik artır

Tramp daha bir ölkəyə ərazi iddiası irəli sürdü Gərginlik artır

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Panama kanalını ölkəsinin nəzarətinə qaytarılması ilə bağlı danışıb. Həmçinin Kanadaya sətiraltı ərazi iddiası irəli sürüb.

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, ABŞ-ın yeni Prezidenti Donald Trampın iş başına keçmədən müxtəlif dövlətlərə qarşı ərazi iddiaları böyük narahatlıq yaradıb:

“Kanadanı ABŞ-ın 51-ci ştatına çevirəcəyini iddia edən Tramp, Danimarkaya məxsus Qrenlandiyanı da ələ keçirmək niyyətində olduğunu vurğulayıb. Kanada və Danimarka rəsmiləri Trampın iddialarını rədd ediblər. Trampın növbəti hədəf Panama olub. Foto paylaşımında “ABŞ-a xoş gəldin, kanal” yazan Tramp iddiasını ortaya qoyub. Tramp bu sürətlə getsə, cənub qonşusu Meksikaya da ərazi iddiası irəli sürəcək. Onsuz da Amerika formalaşdığı illərdə Meksikadan xeyli ərazi qoparıb.

1920-ci ildə açılan Panama kanalını ABŞ inşa edib. Tikinti bir neçə il uzanıb və ağır şəraitdə aparılıb. Tikinti zamanı minlərlə insan həlak olub, bunların içərisində ABŞ vətəndaşları da olub. Kanal ABŞ mülkiyyətində olub, yalnız 1977-ci ildə imzalanan müqaviləyə görə 1999-cu ildə Panamaya təhvil verilib. Panama dövləti kanalın istifadəsinə görə ildə milyardlarla dollar qazanır. Bu, Panamanın dövlət büdcəsinin əsasını təşkil edir. Bu səbəbdən Trampın “kanal Amerikaya məxsus olacaq” iddiası Panamada narahatlıq doğurmaya bilməz. ABŞ-ın yeni Prezidenti kanalın Panamaya təhvil verilməsini “Vaşinqtonun səhv qərarı” adlandırıb. Ağ Evin gələcək sahibi Panama dövlətinin kanalın istifadəsinə görə ABŞ şirkətlərindən yüksək tariflər aldığını bildirib”.

Elxan Şahinoğlu

Politoloq qeyd edib ki, Trampın iddiası Panama kanalından istifadə edən ölkələrin də narahatlığına səbəb olub:

“Hazırda ABŞ-la Çin arasında ticarət müharibələri genişlənib. Pekin narahatdır ki, Panama kanalı ABŞ-ın nəzarətinə keçsə kanaldan istifadə edən Çin ticarət gəmilərinə yüksək tariflər tətbiq olunacaq və ya ümumiyyətlə keçidə məhdudiyyətlər qoyulacaq. Panama dövlətinin Çinlə sıx əlaqələri var. Bu amil Vaşinqtonu narahat edir. Panama dövləti Pekinin xahişi ilə Tayvanla bütün diplomatik əlaqələri kəsib. Buna cavab olaraq Çin Panama dövlətinə yatırımlar həyata keçirib. Çin Panama limanlarından birinin idarə edilməsinə 900 milyon dollar yatırım qoyub. Bundan başqa Çin kanal üzərindən körpü tikintisinə 1.5 milyard dollar xərcləyib. Həmçinin Panamaya 2 milyard dollar həcmində humanitar yardım edib. Pekin bütün bu xərcləri ona görə həyata keçirib ki, Panama kanalından rahat istifadə edə bilsin, ticarət gəmiləri Çin məhsullarını zamanında son ünvana çatdırsın. Kanal ABŞ-ın nəzarətinə keçəcəyi halda bu, Çin iqtisadiyyatına da mənfi təsir edəcək. Bu səbəbdən Pekin Panama dövləti ilə birgə Trampın kanala sahiblənməsi səylərinə qarşı mübarizə aparacaq”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Dekabr 2024 15:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri