Icma.az
close
up
RU
Tramp Ərdoğana güvənir, onu sevir və Ankaraya doğru istiqamət götürəcək ABŞın Ankaradakı sabiq səfiri

Tramp Ərdoğana güvənir, onu sevir və Ankaraya doğru istiqamət götürəcək ABŞın Ankaradakı sabiq səfiri

Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Tramp və Ərdoğan sübut edib ki, onlar praqmatik olmağı və milli maraqları şəxsi ixtilaflardan üstün tutmağı bacarır..."

Amerikalı ekspertlər Tramp dönəmində ABŞ-Türkiyə münasibətlərinin inkişaf perspektivlərinə nikbin yanaşır.

Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Dünya" nəşri yazıb.

Ekspertlərin fikrincə, bu ölkələri Ukrayna üzrə səmərəli əməkdaşlıq gözləyir. Tramp sülh danışıqlarının aparılmasında Türkiyəyə dəstək verə bilər.

ABŞ-ın Ankaradakı sabiq səfiri, Suriya üzrə xüsusi nümayəndəsi və Vilson Mərkəzinin Yaxın Şərq proqramının rəhbəri Ceyms Ceffri vurğulayıb ki, Trampın ikinci prezidentlik müddətində ikitərəfli münasibətlərin gələcəyi ilə bağlı çox nikbindir.

Diplomat qeyd edib ki, son bir neçə ildə bu münasibətlər həm də Suriyada irəliyə gedib, hərçənd, tərəflər arasında tam razılıq deyil, ümumi anlaşma mövcuddur. 

"Düşünürəm ki, Tramp Ərdoğana güvənir"

Ceffri xatırladıb ki, Tramp 2018-ci ildə Amerika qoşunlarını Suriyadan çıxarmaq istəyib. Bu zaman hadisələrin belə inkişaf edəcəyi təqdirdə yaranan boşluq Suriya, İran və İŞİD-lə doldurula bilər. Bu məsələnin üzərində işləməyin mümkün ola biləcəyini qeyd edərək, Ceffri əlavə edib: "Bu, məni narahat edən sahədir". 

Rusiya-Ukrayna münaqişəsinə son qoyulması və sülhün bərqərar edilməsi üzrə səylərə diqqət çəkərək, Ceffri bəyan edib ki, Tramp iki ölkə arasında son zamanlar səmərəli əməkdaşlığı nəzərə alaraq Türkiyəyə danışıqlar aparılmasında dəstək verə bilər. "Türkiyə ukraynlılar və rusları bir araya gətirən aparıcı ölkəyə çevrilib", - o, qeyd edib.

Ceffri deyib: "Düşünürəm ki, Tramp Ərdoğana güvənir, onu sevir və ehtimal ki, Ankaraya istiqamət götürəcək".

Türkiyəyə qarşı "Amerikanın düşmənlərinə sanksiyalar yolu ilə müqavimət haqqında" (CAATSA) qanun çərçivəsində sanksiyaların aradan qaldırılmasından öncə texniki maneələr mövcuddur, Ceffri hesab edir. Buna baxmayaraq, o, irəliyə doğru yolu görür və, onun sözlərinə görə, Tramp bu istiqamətdə irəliləməyə cəhd göstərəcək.

ABŞ-ın terrorçu YPG təşkilatı ilə münasibətləri

ABŞ-ın Dəməşqdəki sabiq səfiri Robert Ford güman edir ki, Suriya Türkiyə-Amerika münasibətlərinə müsbət təsir göstərə biləcək amildir.

"Mən Tramp administrasiyasının Amerika qoşunlarının Suriyanın şərqində saxlayacağına və Xalq Özünümüdafiə Dəstələrinin (YPG) rəhbərliyi altında "Suriya Demokratik Qüvvələri" ilə münasibətlər saxlayacağına çox təəccüb edəcəyəm".

Ford xəbərdarlıq edib ki, respublikaçıların bir hissəsi Amerika hərbi qulluqçularının İrana müqavimət göstərilməsi üçün Suriyada mövcudluğunu dəstəkləyir. Bu məsələyə real yanaşanlar isə ABŞ-ın hərbi təsirinin azalmasına müsbət yanaşır. 

Ford həmçinin Ukrayna münaqişəsi ilə bağlı danışıqların irəliyə aparılmasında daha faydalı Amerika-Türkiyə ünsiyyətini gözləyir.

Fordun fikrincə, Tramp administrasiyası erkən mərhələlərdə İsrail baş naziri Binyamin Netanyahuya təzyiq göstərməyəcək. "Qəzzada müharibə israillilər buna son qoyulmasına hazır olduqdan sonra bitəcək", - o, əlavə edib.

"Türkiyə bu məsələdə öz rolunu oynayacaq"

Qudzon İnstitutunun baş elmi əməkdaşı Lyuk Koffi qeyd edib ki, Amerikanın hər yeni administrasiyası müttəfiqlərlə münasibətlərə yenidən yüklənmə imkanı yaradır. 

"Bu, ikitərəfli münasibətlər üçün imkanlar verəcək. Çünki həm prezident Tramp, həm də prezident Ərdoğan sübut edib ki, onlar praqmatik olmağı və milli maraqları hər-hansı şəxsi ixtilaflardan üstün tutmağı bacarır", - ekspert deyib.

"Düşünürəm ki, YPG terrorçu təşkilatla münasibətlərə son qoymağın və NATO üzrə müttəfiqimiz olan Türkiyə ilə münasibətlərin bərpa edilməsinin zamanı yetişib", - Koffi buna əmindir. 

"Türkiyə həm Ukrayna, həm də Rusiyanın etibar etdiyi yeganə olkədir", - Koffi əlavə edib və deyib: "Əgər prezident Tramp Ukrayna ilə Rusiya arasında hər-hansı saziş əldə etmək istəyirsə, Türkiyə burada öz rolunu oynamalı olacaq".

Türkiyə ilə ABŞ arasında F-35 qırıcıları ilə bağlı mübahisədən danışarkən Koffi qeyd edib ki, bu problemin dərhal həllini gözləmir və bu məsələyə baxılmazdan öncə müdafiə sənayesinin digər sahələrində etimadın möhkəmləndirilməsi  tədbirləri görülə bilər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://moderator.az
archiveBu xəbər 14 Noyabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see257

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see224

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see181

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see175

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see172

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see171

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see152

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see145

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see143

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see140

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see137

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri