Icma.az
close
up
RU
Tramp fələstinliləri başqa yerə köçürüb, Qəzzada yəhudi məskəni qurmaq istəyir AÇIQLAMA

Tramp fələstinliləri başqa yerə köçürüb, Qəzzada yəhudi məskəni qurmaq istəyir AÇIQLAMA

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ Prezidenti Donald Tramp müharibədən zərər çəkmiş ərazidəki fələstinliləri qonşu İordaniya və Misirə köçürmək niyyətinin ciddi olduğunu bildirib. O, bunu İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra etiraf edib. Elə görüş vaxtı Trampın Netanyahuya qarşı səmimi hərəkətləri də ABŞ-nin Yaxın Şərqdə mövqeyini göstərir.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirdi ki, Tramp Qəzzada yəhudi məskəni yaratmaq istəyir.

"Donald Trampın Qəzza məsələsi ilə bağlı mövqeyi, təbii ki, oranın tamamilə boşaldılması məsələsinə xidmət edir. Burada iki məqam var. Birinci növbədə iki milyona yaxın fələstinlinin Misir və İordaniyaya köçürülməsidir. Düzdür, Misir və İordaniya hələ ki, onları qəbul etmək istəmir, ancaq Tramp kral Abdullah və Misir Prezidenti Əbdülfəttah Əs-Sisiyə təzyiq göstərəcək ki, həmin şəxsləri qəbul etsin. Burada əsas məqsəd Qəzzanın boşaldılması və tikililərin dağıdılaraq orada yeni yaşayış məskənlərinin salınmasıdır. Böyük ehtimalla Amerika Birləşmiş Ştatlarının salacağı yaşayış məskənləri də yəhudi yaşayış məskənləri olacaq. Yəni yəhudilərin yaşaması üçün olacaq və İsrail tərəfindən ABŞ-yə ilhaq olunacaq. Çünki yeni yaşayış məskənlərinin salınmasından sonra fələstinlilərin qaytarılması məsələsi yoxdur. Əksinə, Tramp deyir ki, daha təhlükəsiz və yaxşı yerlərə köçürülməlidir. Guya bunları Fələstinə iltifat kimi deyir, amma adamları öz dədə-baba, illərdir yaşadığı torpaqlardan məhrum edir.

İkinci bir məsələ HƏMAS-ı bitirməkdir. HƏMAS-ın əsas gücü məhz Qəzza ilə bağlıdır. Yəni oradakı tikililər HƏMAS-a güc verirdi. Orada yeraltı tunellər var, hansı ki, İsrailə qarşı müqavimətdə məhz bu əsas idi. Qəzzanın sökülməsindən sonra böyük ehtimalla həmin tunellər də söküləcək və HƏMAS-ın aqibəti pis olacaq. Yəni HƏMAS-ın artıq məhv edilməsi istiqamətində addımlar atılacaq. Bu, eyni zamanda Hizbullaha da böyük ölçüdə təsir göstərəcək və HƏMAS-ın arxasınca ABŞ və İsrail Hizbullahı da məhv edəcək. Yəni Qəzzanın köçürülməsi ilə ABŞ demək olar ki, bir güllə ilə iki quş vurur. Bir tərəfdən Qəzzanı İsrailə təhvil verir. İkinci tərəfdən də HƏMAS-ın bitirilməsi istiqamətində addımlar atır", - deyə siyasi şərhçi qeyd etdi.

Politoloqun sözlərinə görə, Qəzza haqqında qərarları ABŞ və İsrail yox, Fələstin verməlidir.

"Maraqlıdır ki, Tramp Qəzza məsələsini İsrail ilə danışaraq həll etmək istəyir. Yəni Qəzzanın dağıdılması istiqamətində İsraildən razılıq almaq istəyir. Halbuki Qəzza sektoru Fələstin muxtariyyətinə aiddir. Paytaxtı Ramallah şəhərində yerləşən administrasiya buna razılıq verməlidir. Bu, bir daha Amerika Birləşmiş Ştatlarının tamamilə qeyri-konstruktiv mövqeyini göstərir və çox təəssüflər olsun ki, ABŞ-dən güc alan İsrail də Fələstin torpaqlarının işğalını və öz tərkibinə qatılmasını, qanunsuz yaşayış məskənlərinin salınmasını davam etdirəcək. Çünki vaxtilə elə Tramp 2016-2020-ci illərdə prezident olarkən Qüds şəhərini İsrailin paytaxtı kimi tanımaqla Yaxın Şərqdə ədalətsizliyi büruzə verdi. Halbuki beynəlxalq birlik tərəfindən mübahisəli ərazidir və bir çox ölkə tərəfindən Fələstinin paytaxtı kimi tanınır. Yəni bu siyasət hazırda daha da genişləndirilmiş şəkildə davam edəcək. Həmçinin İordan çayının şərq sahilləri və Qəzza bölgəsində İsrail tərəfindən ilhaq olunması prosesi baş verəcək", - deyə Zeynal Əmrəliyev bildirdi.

Türkan İSGƏNDƏRLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:88
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 07 Fevral 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri