Icma.az
close
up
RU
Tramp hərbi əməliyyat nəticəsində İran neftinə çıxış əldə olunmasını mümkün hesab edib

Tramp hərbi əməliyyat nəticəsində İran neftinə çıxış əldə olunmasını mümkün hesab edib

Icma.az, Bizimyol saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatın nəticəsində Birləşmiş Ştatların İranın neft resurslarına çıxış əldə edə biləcəyini istisna etməyib.

"Report" xəbər verir ki, Tramp bu barədə Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Bu, bir variantdır. Mən bu barədə danışmazdım. Amma bu, bir variantdır", - hərbi əməliyyatlar başa çatdıqdan sonra Amerika tərəfinin İranın neft ehtiyatlarına çıxış əldə etmək niyyətində olub-olmaması barədə suala cavab verərkən Tramp qeyd edib.

Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, Tehran Vaşinqtona xoşməramlı jest olaraq 10 neft tankerinin Hörmüz boğazından keçməsinə icazə verib.

"Onlar dedilər: [danışıqlarda> ciddi olduğumuzu sizə göstərmək üçün səkkiz neft gəmisi, səkkiz böyük neft gəmisi əldə etməyinizə icazə verəcəyik. Bu, iki gün əvvəl idi. Sonra daha iki tanker. Beləliklə, cəmi 10 gəmi", - Amerika lideri iddia edib

O həmçinin əməliyyat zamanı ölkə prezidenti Nikolas Maduronun hakimiyyətdən kənarlaşdırıldığı Venesueladakı son hadisələrlə də paralel aparıb: "Venesuelada hər şey bizim üçün çox uğurlu alındı... Biz milyardlarla və milyardlarla dollar əldə etdik", - Tramp vurğulayıb.

Daha əvvəl ABŞ-nin Yaxın Şərq münaqişəsinə son qoymaq üçün İran hakimiyyətinə 15 maddəlik plan göndərdiyi bildirilib.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 27 Mart 2026 06:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri