Tramp: Hörmüz boğazı gələcəkdə əvvəlki qədər əhəmiyyətli olmayacaq
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp neft kəmərlərinin tikintisi və alternativ marşrutların yaradılması səbəbindən Hörmüz boğazının əvvəlki qədər əhəmiyyətli olmayacağını bildirib.
APA xəbər verir ki, bu barədə Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
Tramp qeyd edib ki, hazırda neftin qiyməti təxminən 84-85 dollar təşkil edir və böyük həcmdə neft Hörmüz boğazından keçir. Onun sözlərinə görə, ABŞ-ın Texas, Alyaska və Luiziana kimi bölgələrində enerji istehsalı artırılır və çox sayda yeni boru kəməri tikilir.
Tramp həmçinin Hörmüz boğazında həyata keçirilən ABŞ dəniz blokadasının effektiv olduğunu və hazırda boğazdan gəmiçilik fəaliyyətinin davam etdiyini bildirib.
Ağ Ev rəhbəririn sözlərinə görə, hazırda çoxsaylı gəmilər boğazdan keçir və blokada zamanı heç bir gəmi İrana daxil olmayıb.
O, əməliyyatın “100% uğurlu” olduğunu iddia edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 20 Avqust 2026 01:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















