Tramp ilk həftədə onlarla sərəncam imzalayacaq: Baydenin bu əmrlərini ləğv edəcək
Publika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp rəsmi olaraq vəzifəsinin icrasına başladığı ilk həftə ərzində onlarla icra sərəncamı imzalayaraq, Co Bayden administrasiyasının əmrlərini ləğv edəcək.
Publika.az xəbər verir ki, bunu “Fox News”a müsahibəsində Trampın seçki kampaniyasının sözçüsü Karolin Levitt deyib.
“Bu, Co Bayden və Kamala Harrisin Trampın ilk administrasiyasının təsirli siyasətindən uzaqlaşmaq üçün imzaladıqları bütün icra sərəncamlarının ləğvi olacaq” deyən Leavitt, Trampın ilk həftəsində onlarla sərəncam imzalayacağını əlavə edib.
Sözçü, Baydenin səlahiyyətlərinin ilk həftəsində imzaladığı 94 icra sərəncamının "sərhəddə böhrana və iqtisadi böhrana səbəb olduğunu" söyləyib.
Tural
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 11 Noyabr 2024 16:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















