Icma.az
close
up
RU
Tramp İlon Mask haqqında: 50% dahidir, 50% uşaq

Tramp İlon Mask haqqında: 50% dahidir, 50% uşaq

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp texnologiya milyarderi İlon Maskı öz müşavirləri ilə söhbətlərində "50 faiz dahidir, 50 faiz uşaq" kimi xarakterizə edib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Nəşr Ağ Evdəki mənbələrə istinadla qeyd edir ki, Trampın başqa bir "proporsiya" ifadəsi də olub: "90 faiz dahi, 10 faiz uşaq".

Prezidentin bu qeydləri, Maskın rəhbərlik etdiyi Hökumət Effektivliyi Departamenti (DOGE) çərçivəsində gördüyü işlərdən narazılığını göstərir.

Mənbələrin sözlərinə görə, Tramp bir dəfə müşavirlərinə Maskın 1 trilyon dollar büdcə qənaətinə dair vədinin "boş söz" olub-olmadığını soruşub. Bu sual prezidentin Maskın real təsirinə şübhə ilə yanaşdığını ortaya qoyub.

Qeyd edilir ki, Mask tez-tez yüksək vəzifəli məmurlarla razılaşdırmadan qərarlar verib və bu da Ağ Evdə narazılığa səbəb olub. O, hətta prezidentin yaxın müşavirlərindən biri və Ağ Evin aparat rəhbəri Süzan Uaylsla da koordinasiyaya getməyib. Nəticədə Tramp müdaxilə edərək Uaylsa Maskın komandasına ciddi nəzarət etməyi tapşırıb.

Mənbələr bildirirlər ki, Tramp Maskın nazirlərə qarşı kəskin və hörmətsiz davranışlarından da narazı qalıb. O, kabinet iclaslarından birində Maskın digər administrasiya üzvlərinə qarşı "çirkin şəkildə" davrandığını eşidəndə təəccübünü gizlədə bilməyib.

Bundan əlavə, Mask Trampın yüksək gömrük rüsumlarının tətbiqi təşəbbüsünü və dövlət xərclərinin azaldılmasına dair qanun layihəsini açıq şəkildə tənqid edib.

Maskın administrasiyanı tərk etdiyini Tramp şəxsən deyil, onun "X" platformasında paylaşdığı postdan öyrənib.

Buna baxmayaraq, Tramp Maskla münasibətlərini isti saxlayır. Cümə günü keçirilən ortaq mətbuat konfransında o, milyarderə təşəkkür edib və gələcəkdə onun tövsiyələrinə qulaq asacağını istisna etməyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://oxu.az
archiveBu xəbər 31 May 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see523

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see495

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see307

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see279

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see272

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see267

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see267

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see265

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see260

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see260

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see239

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see237

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see235

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see233

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see228

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see216

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see212

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see204

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri