Tramp inauqurasiyadan bir gün sonra miqrantları deportasiya etməyə başlayacaq
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyası yanvarın 21-dən qeyri-qanuni mühacirlərin kütləvi deportasiyası ilə bağlı seçkiqabağı kampaniyası zamanı verdiyi vədləri yerinə yetirməyə başlayacaq.
APA xəbər verir ki, bu barədə “Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, miqrantlara qarşı ilk genişmiqyaslı reyd Çikaqoda başlayacaq və həftənin sonuna qədər davam edəcək. Əməliyyatda təxminən 200 ABŞ İmmiqrasiya və Gömrük Mühafizə Xidmətinin əməkdaşı iştirak edəcək.
Qəzet yazır ki, onların hədəfi ilk növbədə cinayət keçmişi olan qeyri-qanuni miqrantlar olacaq.
Nəşr qeyd edir ki, Çikaqodan sonra miqrant reydləri Nyu-York, Los-Anceles, Denver və Mayamidə keçiriləcək.
Baxış sayı:65
Mənbə:https://apa.az