Tramp indi də gözünü bura dikib
Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.
ABŞ prezidenti Donald Tramp ölkəsinin strateji əhəmiyət kəsb edən mineral ehtiyatlarını təmin etmək üçün yeni sərəncam hazırlayır.
Ölkə. Az “Financial Times”ə istinadən xəbər verir ki, Tramp administrasiyası Sakit Okeanın dəniz dibində tapılan nadir torpaq elementləri və digər strateji əhəmiyyət kəsb edən metalların istehsalına imkan verən fərman üzərində işləyir.
Fərmanın əsas məqsədi Çindən idxaldan asılılığı azaltmaq və mümkün milli və ya qlobal böhran zamanı ABŞ-ın öz resurslarına sürətli çıxışı təmin etməkdən ibarətdir.
Nəşrin məlumata görə, ABŞ bu strategiya sayəsində Çinlə mümkün geosiyasi münaqişə vəziyyətində öz ərazisində yerləşən strateji faydalı qazıntılardan daha səmərəli istifadə etmək imkanı əldə edəcək.
ABŞ-ın bu addımının arxasında nadir torpaq elementlərində Çinin qlobal monopoliya mövqeyi dayanır. ABŞ Geoloji Xidmətinin məlumatlarına görə, dünyada nadir torpaq istehsalının təxminən 70 faizi Çin tərəfindən həyata keçirilir.
Mürtəza
Ölkə.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 12 Aprel 2025 20:05 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















