Icma.az
close
up
RU
Tramp indi də gözünü bu ada ölkəsinə dikib

Tramp indi də gözünü bu ada ölkəsinə dikib

Olke.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp bu dəfə də gözünü Sakit okeanın kiçik ada dövləti Palauya dikib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, Tramp administrasiyası Palaudan xahiş edib ki, hazırda ABŞ-dən deportasiya edilən digər ölkələrdən gələn miqrantları qəbul etsin.

18 min əhalisi olan Palau ABŞ-nin deportasiya etmək niyyətində olduğu “üçüncü ölkə vətəndaşlarının” məskunlaşdırılmasına dair saziş layihəsini nəzərdən keçirir.

2025-ci ilin yanvarında vəzifəyə başlayandan bəri Tramp immiqrasiya ilə bağlı sərt siyasət yürüdür. Bu kontekstdə həyata keçirilən siyasətlərdən biri də ölkələri tərəfindən qəbul edilməyən miqrantların vətəndaşı olmayan ölkələrə geri qaytarılmasıdır. Bir sıra Afrika ölkələrinin ardınca Tramp administrasiyası Sakit okeanda yerləşən Palauya da üçüncü ölkə vətəndaşlarını qəbul etməyi təklif edib.

“The Guardian” yazır ki, Filippinin şərqində yerləşən Palau tərəfindən nəzərdən keçirilən saziş layihəsi ABŞ-dan “müdafiə axtaran və vətənlərinə qayıtmağa qarşı çıxan” üçüncü ölkə vətəndaşlarının köçürülməsini ehtiva edir. Razılaşmada Palauya neçə nəfərin göndəriləcəyi və bunun müqabilində Sakit Okean ölkəsinin nə qazanacağı açıqlanmır.

ABŞ İmmiqrasiya və Vətəndaşlıq Xidmətinin keçmiş əməkdaşı Doris Meissner deyib ki, məqsəd qorxu yaratmaqdır:

“Bu ölkələrin çoxu kiçik, Birləşmiş Ştatlardan uzaq və bir çox amerikalılar üçün tanış olmadığı üçün bu cür hərəkətlərin əsas səbəbi ABŞ-dəki immiqrant icması arasında ailələrinin və ya əlaqələrinin olmadığı uzaq yerlərə göndərilmə qorxusunu artırmaqdır”.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 İyul 2025 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərnişinlərin xəbəri olmadan “Fly Dubai” uçuş saatını dəyişib SƏRNİŞİNLƏR HAVA LİMANINDA QALIB

12 Sentyabr 2026 17:11see360

Rüstəmə dedim ki, sən şair deyilsən…

12 Sentyabr 2026 16:19see346

Yanacaq bazarında tarixi rekord Dizel benzini də geridə qoydu

12 Sentyabr 2026 09:19see344

Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində Qırğızıstana həsr olunmuş kitabın təqdimatı keçirilib

12 Sentyabr 2026 13:27see342

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (12.09.2026)

12 Sentyabr 2026 10:00see330

Mərkəzi Bankın qərarı kredit bazarına necə təsir göstərəcək?

12 Sentyabr 2026 17:22see329

Rusiyanın enerji obyektlərinə dronlarla zərbə endirildi VİDEO

13 Sentyabr 2026 09:27see319

Rusiyada yaşa görə sığorta pensiyasının maksimum məbləği 77 min rubldan çox ola bilər

13 Sentyabr 2026 02:41see317

Azərbaycanlılar pullarını nəyə xərcləyir? Rəqəmlər ŞOK MƏNZƏRƏNİ göstərdi

12 Sentyabr 2026 13:55see314

Selena nın ulduzları gəlinlikdə (Fotolar)

13 Sentyabr 2026 01:01see314

Bakıda BMT nin İqlim Həftəsi çərçivəsində 68 tədbir keçirilib

12 Sentyabr 2026 19:16see312

Bacı qardaşsız böyüyən insanların 10 fərqli xüsusiyyəti

13 Sentyabr 2026 01:29see309

Türkiyədə Parkinson xəstələri üçün qolbaq hazırlanıb

12 Sentyabr 2026 14:21see301

Neft kəskin ucuzlaşdı

12 Sentyabr 2026 10:14see299

Zoopark 5 milyon manatdan çox gəlir qazanıb

12 Sentyabr 2026 10:32see297

Hər evdə var, amma bu təsirini çoxları bilmir

12 Sentyabr 2026 12:30see296

BOKT ların biznes kreditləri verməsi daha çox təşviq ediləcək

12 Sentyabr 2026 12:20see290

“BEA Rusiyanın neft sənayesi üçün proqnozu kəskin şəkildə pisləşdirib”

12 Sentyabr 2026 20:27see279

Qlobal enerji transformasiyası

12 Sentyabr 2026 10:28see275

Azərbaycan nefti rekord qiymətə satılır

12 Sentyabr 2026 11:26see256
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri