Tramp: İran böyük boksçudur, gözlənilmədən cavab zərbəsi endirir”
Icma.az, Bizim media portalına istinadən məlumat yayır.
ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalına verdiyi müsahibədə İranın ABŞ-ın hərbi zərbələrinə qarşı göstərdiyi müqaviməti şərh edib.
Bizim.Media xəbər verir ki, Tramp İranı "böyük bir boksçuya" bənzədib.
O bildirib ki, bəzən rəqibə qalib gəldiyini düşünsən də, o, gözlənilmədən cavab zərbəsi endirə bilir:
"Onlar çox zəifləyiblər, lakin hələ də müqavimət göstərmək əzmləri var. Bu, böyük bir boksçu kimidir: sənə elə gəlir ki, onu məğlub etmisən, lakin qəflətən o, geri qayıdır və sənə zərbə endirir".
Prezident İranın hərbi imkanlarının ciddi şəkildə azaldığını, lakin buna baxmayaraq, müqavimət iradəsinin qaldığını qeyd edib.
Tramp vurğulayıb ki, rəsmi Tehran danışıqlar masasına qayıtmayana qədər ABŞ-ın hərbi zərbələri davam edəcək. O, gələn həftədən etibarən İrandakı elektrik stansiyaları və körpülərin hədəf alınacağını bir daha təsdiqləyib.
Xatırladaq ki, ABŞ və İran arasında hərbi gərginlik dörd gündür davam edir və tərəflər arasında əldə edilmiş razılaşmanın pozulmasından sonra Vaşinqton İrana qarşı genişmiqyaslı hava hücumlarına başlayıb.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 15 İyul 2026 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















