Tramp: İran liderləri ABŞ ilə danışıqları bərpa etmək istəyirlər
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"İran liderləri ABŞ ilə danışıqları bərpa etmək istəyirlər".
Oxu.Az xəbər verir ki, bunu Donald Tramp "The Atlantic" nəşrinə deyib.
"Onlar danışmaq istəyirlər və mən də danışmağa razılaşdım. Onlar bunu daha əvvəl etməli idilər. Çox praktik və çox sadə olan təkliflə əvvəldən razılaşmalı idilər. Həddindən artıq uzatdılar", - D.Tramp deyib.
İranlılarla söhbətinin nə vaxt baş tutacağı ilə bağlı suala Tramp "bunu sizə deyə bilmərəm" cavabını verib. O qeyd edib ki, son həftələrdə danışıqlarda iştirak edən bəzi iranlı nümayəndələr artıq həyatda deyillər.
"Bu insanların əksəriyyəti artıq yoxdur. İş apardığımız şəxslərdən bəziləri getdi, çünki bu, böyük - çox böyük zərbə idi", - deyə o bildirib.
"Onlar bunu daha əvvəl etməli idilər. Razılaşma əldə edə bilərdilər. Amma həddindən artıq hiyləgər oynamağa çalışdılar", - deyə Tramp əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:168
Bu xəbər 01 Mart 2026 21:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















