Tramp İrana yenə xəbərdarlıq edib: Cavabımız 100 dəfə güclü olacaq
Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp İranın zərbə endirəcəyi təqdirdə Vaşinqtonun cavabının “100 dəfə güclü” olacağını bildirib.
Teleqraf xəbər verir ki, Tramp bunu “Fox News” telekanalına müsahibəsində deyib.
ABŞ lideri İranın noyabrda keçiriləcək aralıq Konqres seçkiləri yaxınlaşdıqca Yaxın Şərqdə daha aqressiv hərəkət edə biləcəyi ilə bağlı iddiaları şərh edib.
“Biz faktiki olaraq hər şeyi məhv etmək gücündəyik, amma bunu etmək istəmirik. Əgər onlar zərbə endirsələr, biz 100 dəfə güclü cavab verəcəyik”, - Tramp bildirib.
ABŞ Prezidenti Vaşinqtonun Tehranı təhdid etmək və İranı məhv etmək niyyətində olmadığını da vurğulayıb.
Bu mövzuda digər xəbərlər:Tramp: İrana cavabımız çox güclü və qətiyyətlidir
10 İyun 2026 03:11
Pezeşkian: Təcavüzə cavabımız güclü olacaq
28 İyul 2025 19:02
Putin: Cavabımız daha güclü olacaq!
13 İyul 2026 21:06
Pakistandan Hindistana xəbərdarlıq: Cavabımız sarsıdıcı olacaq
13 May 2025 17:25
İrandan üç ölkəyə xəbərdarlıq: Cavabımız sərt olacaq
06 İyun 2025 15:50
Baxış sayı:163
Bu xəbər 15 Avqust 2026 04:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















