Icma.az
close
up
RU
Tramp İrana zərbə endirib endirməmək barədə qərarı nə vaxt verəcəyini açıqlayıb

Tramp İrana zərbə endirib endirməmək barədə qərarı nə vaxt verəcəyini açıqlayıb

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İrana zərbə endirilib-endirilməməsi ilə bağlı qərarı yaxın iki həftə ərzində verəcək.

Bizimyol.info xəbər verir ki, “Reuters”in verdiyi məlumata görə, Trampın bəyanatını Ağ Evin mətbuat katibi Karolin Levitt sitat gətirib.

“İranla yaxın gələcəkdə baş tuta biləcək və ya baş tutmaya biləcək danışıqların ehtimalı nəzərə alınaraq, mən növbəti iki həftə ərzində hərəkətə keçib-keçməmək barədə qərar verəcəyəm”, — deyə Tramp bildirib.

Kerolayn Livitt qeyd edib ki, Trampın bu açıqlaması mediada İranla bağlı yayılan məlumatlara və fərziyyələrə cavab olaraq səsləndirilib. O, Trampın danışıqların uğurla nəticələnmə ehtimalını necə dəyərləndirdiyinə dair sualları cavablandırmaqdan imtina edib.

Livitt onu da vurğulayıb ki, Trampın əsas məqsədi dəyişməz olaraq qalır: İranın nüvə silahı əldə etməsinin qarşısını almaq. “Əgər diplomatik çıxış yolu varsa, Prezident həmişə bundan istifadə etməyə hazırdır”, — deyə o əlavə edib.

Eyni zamanda, Livitt Trampın İrana qarşı mümkün zərbələrlə bağlı Konqresdən icazə alıb-almayacağını deməkdən yayınıb.

Xatırladaq ki, daha əvvəl Demokratlar narahatlıqlarını ifadə edərək bildiriblər ki, Trampın Konqresi kənarda qoyaraq İrana hərbi zərbə endirmək planını artıq təsdiqlədiyi barədə mediada xəbərlər yayılıb. Halbuki, ABŞ Konstitusiyasına əsasən, müharibə elan etmək hüququ yalnız Konqresə məxsusdur.

Tənqidçilər qeyd edirlər ki, Tramp bu beş ayda – vəzifəyə qayıtdığı gündən etibarən – müxtəlif məsələlərlə bağlı, o cümlədən Ukraynadakı müharibə, ticarət tarifləri ilə bağlı danışıqlar və digər beynəlxalq məsələlərlə əlaqədar dəfələrlə vaxt məhdudiyyəti təyin edib. Amma bu müddətlər ya təxirə salınıb, ya da ümumiyyətlə yerinə yetirilməyib.

Reuters yazır ki, “iki həftə” Trampın prezidentlik dövrlərində ən çox istifadə etdiyi zaman çərçivəsidir. Amma bu müddətlərin çox zaman real nəticələrlə yekunlaşmadığı məlumdur.

Bundan əvvəl ABŞ mediası yazmışdı ki, Vaşinqtonun İrana qarşı yaxın günlərdə hərbi əməliyyatlara başlaya biləcəyi ehtimalı var. Həmçinin yayılan məlumatlarda bildirilirdi ki, ABŞ İrandakı Fordo nüvə obyektinə qarşı taktiki nüvə silahı tətbiq edə bilər.

Digər tərəfdən, ABŞ kəşfiyyatı xəbərdarlıq etmişdi ki, əgər Vaşinqton İsrailin İrana qarşı hərbi əməliyyatlarına qoşularsa, Tehran Amerikanın regiondakı bazalarına qarşı raket hücumlarına hazırdır və bunun üçün texniki avadanlıqlar artıq yerləşdirilib.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 İyun 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see368

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see343

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see338

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see329

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see300

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see296

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see275

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see257

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see244

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see236

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see229

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see219

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see205

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see200

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see199

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see198

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see187

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see185

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see183

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri