Tramp İranı ABŞ ilə danışıqlar barədə yalan məlumat sızdırmaqda ittiham edib
Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında mümkün razılaşmanın şərtləri haqqında KİV-də çıxan yazıları təkzib edib, yayılan məlumatı saxta adlandıraraq onun sızdırılmasında İranı ittiham edib.
Gununsesi.info xəbər verir ki, o, bu barədə “Truth Social”da bildirib.
Trampın sözlərinə görə, bir sıra media resurslarında dərc olunan materialların tərəflər arasında əldə edilmiş real razılaşmalarla heç bir əlaqəsi yoxdur. Onun iddiasına görə, həmin razılaşmalar daha əvvəl yazılı şəkildə rəsmiləşdirilib.
“İranın saxta mediaya sızdırdığı şərtlərin yazılı şəkildə razılaşdırılmış şərtlərlə heç bir ortaq cəhəti yoxdur. Onların dedikləri, o cümlədən razılaşmanın əldə olunması ilə bağlı zəif və acınacaqlı bəyanatlar həqiqəti əks etdirmir”, – Tramp yazıb.
ABŞ Prezidenti, həmçinin Tehranı danışıqlar prosesinə qeyri-vicdani yanaşmada ittiham edib.
Trampın bu bəyanatı bir sıra KİV-lərdə ABŞ və İran arasında mümkün razılaşmanın ehtimal olunan şərtləri ilə bağlı yayılan məlumatlar fonunda səslənib.
Baxış sayı:85
Bu xəbər 12 İyun 2026 20:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















