Icma.az
close
up
RU
Tramp: İranı bərpa edərik, sonra isə neftlərinin yarısını ələ keçirərik

Tramp: İranı bərpa edərik, sonra isə neftlərinin yarısını ələ keçirərik

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Tramp Tehran rəsmi Vaşinqtonun təklif etdiyi yeni sazişi imzalamaqdan imtina edəcəyi təqdirdə, İranın bütün infrastrukturunu yerlə-yeksan edəcəyi ilə hədələyib.
Bizim.Media xəbər verir ki, "ABC News" telekanalına geniş müsahibə verən Ağ Ev rəhbəri regionda gərginliyi pik həddə çatdıracaq şərtlərini açıqlayıb.
Tramp müsahibəsində bildirib ki, Tehran rəhbərliyi ağıllı davranmasa, ABŞ radikal addımlar atmağa məcbur olacaq:
"Əgər insanlar axmaqlıq etməyə davam etsələr, biz bütöv bir ölkənin bütün infrastrukturunu məhv etmək məcburiyyətində qalacağımız bir vəziyyətə gələcəyik. Mən bunun yaxşı bir şey olduğunu düşünmürəm, çünki sonra kim isə onu yenidən bərpa etməli olacaq".
ABŞ liderinin hesablamalarına görə, İranın dağıdılacaq körpülərini, sənaye obyektlərini və elektrik stansiyalarını yenidən qurmaq təxminən 1 trilyon dollara başa gələcək və bu maliyyələşmədə böyük ehtimalla elə ABŞ-ın özü iştirak edəcək.
 

Jurnalistin "Bu proses İkinci Dünya müharibəsindən sonra Avropaya yönələn “Marşall planı”na bənzəyəcəkmi?" sualına Tramp qətiyyətlə "Bəli" cavabını verib, lakin dərhal ABŞ-ın əsas şərtini əlavə edib: "Amma bunun müqabilində biz onların neftinin yarısını ələ keçirəcəyik".


Bununla belə, ABŞ Prezidenti İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpa olunmasının Vaşinqton üçün olduqca baha başa gələcəyini və strateji əhəmiyyətli Hörmüz boğazının aylarla qapanmasına səbəb olacağını etiraf edib.
Ətrafındakı bəzi şəxslərin onu müharibəyə təhrik etdiyini gizlətməyən Tramp "Mənim ən yaxın dostlarımdan bəziləri bombardmanlara yenidən başlamağımı istəyirlər, lakin onlar reallığı başa düşmürlər", – deyərək hərbi avantüralardan hələlik çəkindiyini sətiraltı ifadə edib.
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 İyun 2026 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri