Icma.az
close
up
RU
Tramp İranla danışıqlara tələsmədiyini bildirib

Tramp İranla danışıqlara tələsmədiyini bildirib

Icma.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ prezidenti Donald Tramp deyib ki, o, İranın nüvə proqramı ilə bağlı Tehranla danışıqların növbəti raundunun keçirilməsini təcili hesab etmir.

Bizimyol.info xəbər verir ki, bunu Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandıran prezident deyib.

"Onlar, İran hakimiyyəti, danışıqlar aparmaq istəyir. Mən danışıqlara tələsmirəm, çünki biz onların nüvə obyektini məhv etmişik", - deyə qeyd edib.

İranın nüvə proqramını yenidən inkişaf etdirməsi ehtimalından danışan Tramp: "Onlar hər şeyi yenidən başlamalı olacaqlar. Dağıntı elədir ki, onların obyekti artıq istifadə oluna bilməz. Onlar başqa dağ seçməli olacaqlar", - deyə vurğulayıb.

Tramp İslam Respublikasında hansı obyekti nəzərdə tutduğunu dəqiqləşdirməyib. Xüsusilə də İranın Fordodakı nüvə obyekti dağda yerləşir.

Qeyd edək ki, verilən məlumata görə, ABŞ, Böyük Britaniya, Almaniya və Fransa İranla nüvə sazişinin bağlanması üçün son tarix kimi avqustun sonunu təyin etmək barədə razılığa gəliblər, əks halda Tehran “sərt sanksiyalarla üzləşəcək”.

İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmail Bəqayi iyulun 14-də bildirib ki, İran və ABŞ nüvə sazişi üzrə danışıqların yeni mərhələsinin yeri və vaxtı ilə bağlı hələlik razılığa gəlməyiblər. Diplomatın sözlərinə görə, İran “diplomatik səylərin və danışıqlar prosesinin məhsuldarlığına əmin olmayana qədər” “danışıqlar masasına qayıtmayacaq”.

Qadir, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:209
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 İyul 2025 07:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see370

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see332

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see327

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see319

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see317

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see313

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see305

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see298

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see295

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see270

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see264

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see254

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see247

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see247

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see243

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see230

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see211

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see206

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri