Icma.az
close
up
RU
Tramp: İranla ilkin razılaşma imzalanıb

Tramp: İranla ilkin razılaşma imzalanıb

Icma.az xəbər verir, Oxumeni.az saytına əsaslanaraq.

Tramp: İranla ilkin razılaşma imzalanıb

ABŞ prezidenti Donald Tramp, İranla müharibənin dayandırılması barədə ilkin razılaşmanın artıq imzalandığını bildirib və sazişin təfərrüatlarının "çox yaxında" dərc olunacağını ehtimal edib. Oxuməni.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

"Mən böyük məmnuniyyətlə bildirmək istəyirəm ki, bu imzalanıb, saziş tamamilə imzalanıb", - deyə o, G7 sammitində Fransa prezidenti Emmanuel Makronla danışıqlar zamanı bildirib.

ABŞ-ın yüksək rütbəli rəsmiləri də bəzi təfərrüatları açıqlamağa başlayıblar və Hörmuz boğazının cümə günü, yəni Cenevrədə sazişin rəsmi imzalanması planlaşdırılan gün yenidən açılacağını bildiriblər.

Onların sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı texniki danışıqlar bu həftə başlamalıdır, lakin sanksiyaların yüngülləşdirilməsi və ya aktivlərin dondurulmasının ləğvi İranın saziş üzrə öhdəliklərini yerinə yetirməsindən asılı olacaq.

Vitse-prezident Cey Di Vens CNN-ə verdiyi müsahibədə bildirib ki, ABŞ və İran arasında anlaşma memorandumu "təxminən bir yarım səhifə"dir və çox ümumi bir sənəddir. Vens əlavə edib ki, bir çox təfərrüatlar gələcək danışıqlar zamanı razılaşdırılacaq.

"Bir sıra məsələlərdə biz texniki danışıqlar mərhələsində təfərrüatları müzakirə etməli olacağıq, lakin memorandum, iranlıların saziş üzrə öhdəliklərini yerinə yetirərkən ondan fayda əldə edəcəyi bir çərçivə yaradır", - deyə o bildirib.

Vensin sözlərinə görə, sənədin ilk bəndində İranın "regional sülh və sabitliyə" nail olmağa çalışmaq öhdəliyi qeyd olunur ki, bu da onun sözlərinə görə, "terrorçu təşkilatlara" maliyyələşdirmənin dayandırılmasını əhatə edir.

"Ən əsası, onlar nüvə silahı yaratmamaq üçün yoxlanıla bilən bir öhdəlik verəcəklər", - deyə Vens bildirib.

ABŞ rəsmiləri sazişin Tramp, Vens və İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf tərəfindən elektron qaydada imzalandığını bildiriblər.

Onlar həmçinin ehtimal ediblər ki, əlavə təfərrüatlar çərşənbə gününə qədər dərc oluna bilər, baxmayaraq ki, Tramp tam mətni cümə günü mərasimdən "çox yaxında" sonra ictimaiyyətə açıqlanacağını bildirib.

"Bu, çox güclü bir sənəddir və mən istəyirəm ki, o dərc olunsun. Beləliklə, yəqin ki, çox yaxında", - deyə prezident bildirib.

Saziş atəşkəsi daha 60 gün uzadacaq, bu müddət ərzində tərəflər yekun müqavilənin təfərrüatlarını razılaşdıracaqlar.

Almaz Həsənli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:http://oxumeni.az
archiveBu xəbər 16 İyun 2026 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see398

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see337

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see334

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see305

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see304

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see292

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see289

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see286

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see278

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see272

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see267

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see266

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see254

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see251

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see246

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see241

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see240

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see235

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see226

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri