Tramp: İranla razılaşma ilə bağlı çox nikbinəm
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp İranla mümkün razılaşma ilə bağlı optimist mövqe sərgilədiyini açıqlayıb.
Modern.az xəbər verir ki, bu barədə o, NBC telekanalına müsahibəsində danışıb.
Tramp bildirib ki, İran tərəfi son vaxtlar daha rasional davranmağa başlayıb: “Onlar daha ağıllı davranırlar və razılaşmalı olduqları məsələlərə razılıq verirlər”, – deyə ABŞ Prezidenti qeyd edib.
O, eyni zamanda xəbərdarlıq edib ki, əgər razılaşma əldə olunmasa, bunun nəticələri İran üçün çox ağır olacaq:
“Əgər onlar razılaşma əldə etməsələr, bu, çox ağrılı olacaq”, – deyə Tramp vurğulayıb.
ABŞ Prezidenti İsrailin Baş naziri Benyamin Netanyahu ilə də danışdığını bildirib və əlavə edib ki, hazırkı mərhələdə daha təmkinli davranmaq vacibdir:
“Mən Bibi ilə danışdım. Bir qədər daha təmkinli olmalıyıq”, – deyə o qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 09 Aprel 2026 21:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















